Ən yaxzı 20 kitabın adı məlum oldu

img

26-01-2010 [06:36]


Yanvarın 26-da M.F.Axundov adına Milli Kitabxanada Milli Kitab Mükafatı ilə bağlı tədbir keçirilib. Tədbirdə mükafatın ekspertlər şurası müsabiqəyə qatılanlar arasından ən yaxşı iyirmiliyi elan edib. İyirmiliyə düşən nasirlər və onların əsərləri bunlardır: [b]Azərbaycan dilində:[/b] Məqsəd Nur, hekayələr Fəxri Uğurlu, hekayələr Şərif Ağayar, ?Kərpic kəsəın kişinin dastanı?- hekayə İlqar Fəhmi, ?Bakı haqqında kollaj?- roman Rafiq Tağı, hekayələr Taleh Şahsuvarlı, ?Canlanma?- roman Əjdər Ol, Portret hekayələr Əlabbas Bağırov, ?Qiyamçı?- roman Eyvaz Əlləzoğlu, ?Odunçu geri qayıdır?- roman Nəriman Əbdürrəhmanlı, ?Yalqız? Yusif Şükürlü, ?Çapa?- hekayə Seyran Səxavət, ?Yəhudi Əlifbası?- roman Mövlud Süleymanlı, ?Erməni adındakı hərflər? roman Kamran Nəzirli, hekayələr Həmid Herisçi, ?Əli. Nino?, roman Elxan Qaraqan, ?A?- roman [b]Rus dilində:[/b] Samit Əliyev: ?Sem şaqov v napravlenii zakata? (povest) Rəna Yüzbaşı: ?Tselaya veçnost v adu? (povest) Azər Kamal: ?Duel po Freydu? (novellalar toplusu) Rəhim Hüseynov: ?Klüç doma tvoyeqo? (povest) Azərbaycan dilində 205, rus dilində 60 əsər təqdim olunmuş müsabiqəyə Azərbaycanın bütün bölgələrindən, eləcə də 7 ölkədən qatılan nasirlərdən ən gəncinin 15, ən yaşlısının isə 85 yaşı olub. 30-40 və 50-60 yaş qrupları arasında nasirlər müsabiqə iştirakçıları arasında çoxluq təşkil edib. İkinci seçimin nəticələri fevralın 10-da bəlli olacaq. 20 əsərin içindən 10-u seçiləcək. Sonra onluğa düşən laureatların əsərləri kitab şəklində çap ediləcək. ?10 ən yaxşı əsər? seriyasından buraxılacaq bu kitab kitabxanalara və ali məktəblərə pulsuz paylanacaq. Bundan sonra münsiflər heyəti öz işinə başlayacaq. Fevral-mart aylarında onlar 10 ən yaxşı əsərdən üçünü müəyyənləşdirəcək və mayın 1-də keçiriləcək təqdimetmə mərasimində həmin qaliblərin adları açıqlanacaq. Birinci yerin qalibi 3000 manat, ikinci yerin qalibi 2000 manat, üçüncü yerin qalibi isə 1000 manat qazanacaq. Bundan əlavə, bir gənc yazıçıya Gənclər və İdman Nazirliyindən 1000 manat məbləğində mükafat veriləcək. Layihənin sponsorları ?Azercell?, ?Azərsun? və ?Qarant Sığorta? şirkətləridir.

Digər xəbərlər
SON XƏBƏRLƏR