Gənc Tamazaçılar teatrı repertuarında olan bir neçə səhnə əsəri yenidən bərpa ediləcək

img

25-01-2010 [07:15]


2009-cu ili uğurla başa vuran Gənc Tamaşaçılar Teatrı artıq bu ilin repertuarını və planlarını hazırlayıb. Teatrın direktoru Mübariz Həmidovun sözlərinə görə, bu il ilk növbədə xaricdən dəvət olunmuş mütəxəssislərlə layihələr həyata keçiriləcək. Bunlardan biri fevral ayının 22-dən 28-də baş tutacaq. Sankt-Peterburqun İncəsənət Akademiyasının kafedra müdiri, professor Benyamin Fliştinski paytaxtın aparıcı teatrlarından olan 20 nəfər gənc aktyora dərs keçəcək. Xatırladaq ki, bir müddət əvvəl Belarus dövlət gənc tamaşaçılar teatrının baş rejissoru Natalya Başeva gənc tamaşaçılar teatrına dəvət edilib. Uşaq tamaşalarına quruluş vermək üzrə tanınmış rejissor olan Natalya Başeva gənc tamaşaçılar teatrının kollektivi ilə məşhur amerikalı yazıçı Albert Hofmanın ?Şelkunçik? əsərini səhnələşdirir. Mübariz Həmidov bu il gənc tamaşaçılar teatrında həyata keçiriləcək digər layihələr haqqında da danışıb. Onun sözlərinə görə, sənət ocağında tanınmış xarici dramaturqların ən məşhur əsərləri səhnələşdiriləcək. Bundan əlavə vaxtilə 82 yaşlı sənət ocağının repertuarında olan bir neçə səhnə əsəri də yenidən bərpa ediləcək. ?Çexovun bu il 150 illik yubileyidir. Bununla bağlı biz onun ?Albalı bağı? əsərinə müraciət etmişik. Yanvarın 26-da premyera olacaq. Bundan başqa 2010-cu ildə Çexovun ili münasibəti ilə biz onun əsərlərindən ibarət ?Məzəli əhvalatlar? adı altında yeni tamaşa hazırlanmasına qərar vermişik. Sonra Dikins, Şekspirin əsərləri var. İl ərzində isə ?Qaraca qız, ?Ələddinin sehirli çırağı?, ?Ezop? əsərini, Firuz Mustafanın adsız və sairə əsərlərini il ərzində bərpa edəcəyik?,-deyə teatrın direktoru bildirib. Gənc tamaşaçılar teatrının direktoru qastrol səfərlərindən də söz açıb. Onun bildirdiyinə görə, sənət ocağının kollektivi bir neçə Avropa ölkəsinə dəvət alıb və səfərlər ilin sonunda gerçəkləşəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA