Qənimət Zahid "Azadlıq" və ?Yeni Müsavat?dan həbsdəki jurnalistlərə azadlıq tələb olunan fotozəkilli züarların çıxarılmasını istəyir

img

25-01-2010 [06:51]


?Azadlıq? qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahid rəhbərlik etdiyi nəşrin və ?Yeni Müsavat? qəzetinin səhifələrindən həbsdəki jurnalistlərə azadlıq tələb olunan fotoşəkilli şüarların çıxarılmasını istəyir. Məlumatı ?Media forum? saytına yanvarın 25-də Penitensiar Xidmətin Müalicə Müəssisəsində həyat yoldaşı ilə görüşən Ayəndə Mürsəliyeva verib. A.Mürsəliyeva bildirib ki, Q.Zahid təklifini digər qəzetlər qoşulmadığından aksiyanın effektsiz olmasıyla əsaslandırıb: ?Deyir bu kampaniya ümumi xarakter almadı. Ona görə də ?Yeni Müsavat? və ?Azadlıq? qəzetlərinə təşəkkür bildirərək təklif edir ki, bu ənənəyə son qoyulsun?. ?Yeni Müsavat? və ?Azadlıq? qəzetlərinin hər sayında həbsdəkı jurnalistlər Qənimət Zahid və Eynulla Fətullayevə azadlıq tələb olunan fotoşəkilli şüarlar dərc olunur. ?Media forum? saytı baş redaktorun təklifinə ?Yeni Müsavat? və ?Azadlıq? qəzetləri rəhbərlərinin münasibətini öyrənib. ?Yeni Müsavat? qəzetinin baş redaktor müavini Azər Ayxan qərarı ?Azadlıq? rəhbərliyi ilə müzakirədən sonra verəcəklərini bildirib: ?Heç şübhəsiz, həmkarlarımızdan gələn hər bir təklif, mesaj bizim üçün dəyərlidir və o istiqamətdə istənilən addıma hazırıq. ?Azadlıq? qəzetinin rəhbərliyilə müzakirə aparıb, ümumi qərar verməyə çalışacağıq?. ?Azadlıq? qəzetinin direktoru Azər Əhmədov da ?Yeni Müsavat?la koordinasiya olunmuş qərar verəcəklərini bildirib: ?Qənimət Zahidin təklifinə hörmətlə yanaşırıq və müzakirə edib bir qərar verəcəyik?. Q.Zahid 2007-ci ilin noyabrından həbsdədir, 4 il müddətinə azadlıqdan məhrum edilib. 2009-cu il dekabrın 19-da o, 17 saylı Cəzaçəkmə Müəssisəsindən Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR