Fərhad Bakinskinin qızının "klon"u peyda olub

img

24-01-2010 [05:31]


Müğənni Fərhad Bakinski bir neçə gün öncə keçirilən tədbirlərin birində bizə doğma qızı Xana Bakinskaya haqda maraqlı məlumatlar verdi: "Qızım yolumu davam etdirir. Musiqi təhsili alıb, rəqslə də məşğuldur. Uzun müddətdir "Spayder" şou-baletində rəqs edir. Hələ 2002-ci ildə onun bir klip efirə də çıxmışdı. O zaman qızımın cəmi 10 yaşı var idi. Düşündüm ki, sənət işləri onun təhsilinə mane ola bilər. Buna görə də müəyyən müddətə Xanının fasilə vermək qərarına gəldik. İndi isə qızımın yenidən oxumağa başlamasına hər bir şərait var. Onu səhnəyə hazır görürəm və bu işdə həm ata, həm də təcrübəli sənət adamı kimi öz dəstəyimi göstərirəm. Hazırda Xananın ilk albomu üzərində iş gedir. Sözləri və musiqisi mənə məxsus olan "Uxodi" və "Yağışlar" adlı iki mahnını artıq radioda da eşidə bilərsiniz. Tərifləmək olmasın, amma "Uxodi"ni studiyada yazdıran kimi onu xəbərimiz olmadan rus estrada müğənnilərinin yığma albomuna saldılar. Həzırda bu mahnı təkcə Rusiyada deyil, ABŞ, Almaniya və İsrailə də gedib çıxıb. Bu mahnıya klip çəkməyə də hazırlaşırıq. Allah qoysa, yanvarın 31-də Xananın 18 yaşı tamam olacaq. Məncə, çox gənc olmasına baxmayaraq, qızım tez bir zamanda geniş tamaşaçı rəğbəti qazana biləcək. O, səhnədə sadəcə oxumayacaq, həm də öz qəlb halını göstərəcək. Mən ata kimi həyəcanlıyam, çünki dövran çətindir. Amma hər şey Xananın tərəfindədir. O, gecə-gündüz üzərində çalışır. Hər şeyə özü nail olur - rəqs edir oxuyur. Mən də öz növbəmdə ona kömək edərəm". F.Bakinski qızı haqda daha bir maraqlı məlumatı açıqladı: "Xana hələ ortalığa çıxmayıb. Amma artıq onun adından istifadə etmək istəyən var. Bir neçə gün öncə telekanalların birində gedən verilişin qonaqları arasında gənc bir xanım gördüm. O, özünü Xanna Bakinskaya kimi qələmə verəndə mat qaldım. Sən demə, qızımın "klon"u da var imiş. Artıq qızımın əksi barədə məlumat da toplamışam. O, heç rusca düz-əməlli danışa bilmir. Əminəm ki, bu xanım Xanna Bakinskaya ləqəbini tez, yəni kiminsə şöhrəti hesabına yadda qalmaq üçün seçib".

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA