internetdə ilk qeyri-latın domenlərinin yazılızına icazə verildi

img

22-01-2010 [05:00]


İnternetdə domen adlarının idarə olunması ilə məşğul olan ICCAN Beynəlxalq Qeyri-Kommersiya Təşkilatı qeyri-latın əlifbası ilə yazılmış ilk domen adlarının tətbiqinə dair razılıq verib. ICANN-dan kiril və ərəb hərfləri ilə yazılmış domenlərə dair ilkin razılığı Rusiya, Misir, Səudiyyə Ərəbistan və BƏƏ alıblar. "Today"in məlumatına görə, "bu hadisə internet tarixində dönüş yaradacaq? - deyə ICANN-ın icraçı direktoru və prezidenti Rod Bekstrom bəyan edib. Yeni domen adları ilə işləyə biləcək elektron poçt əlavələri üçün texniki standartların artıq hazır olmasına baxmayaraq istifadəçilər elektron poçt adlarının yazılışı üçün hələ ki latın əlifbasından istifadə etməli olacaqlar. ICANN-a daxil olan səkkiz dillə bağlı qalan 16 ərizəyə təşkilatda hazırda baxılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA