?Amerikanın səsi? və ?Azadlıq? radiolarının Azərbaycan bürosunun keçmiz rəhbəri Mirzə Xəzər narkozdadır

img

22-01-2010 [02:44]


Almaniyanın Münhen şəhərindəki xəstəxanada əməliyyat olunan ?Amerikanın səsi? və ?Azadlıq? radiolarının Azərbaycan bürosunun keçmiş rəhbəri Mirzə Xəzər hələ narkozdan ayılmayıb. Bunu ?Media forum? saytına M.Xəzərin həyat yoldaşı Tahirə Mikayılova deyib. T.Mikayılova bildirib ki, həkimlər M.Xəzəri bilərəkdən narkozda saxlayırlar: ?Ona süni tənəffüs aparatı qoşublar. Mirzə müəllimdə ağır formada astma xəstəliyi olduğu üçün həkimlər hələ bir müddət onun yatılı vəziyyətdə qalmasını və süni tənəffüs aparatı vasitəsilə nəfəs almasını məsləhət görürlər. Onu tədricən, ya sabah, ya da o birigün oyatmaq istəyirlər?. Həyat yoldaşı M.Xəzərin ötən il dekabrın 10-da təcili xəstəxanaya yerləşdirildiyini bildirib: ?Ona güclü soyuq dəydiyindən birdən-birə astma xəstəliyi də kəskinləşdi. Dekabrın 10-da nəfəs alması çox çətinləşdiyindən xəstəxanaya aparılası oldu. Orda bir həftə huşsuz vəziyyətdə, süni tənəffüs aparatına qoşulmuş halda qaldı. Bir həftədən sonra vəziyyəti nisbətən yaxşılaşmışdı ki, öd kisəsində problem yarandı?. T.Mikayılova M.Xəzərin öd kisəsində daş olduğunu və əvvəllər dəfələrlə müalicə aldığını qeyd edib: ?Xəstəxanada olarkən öd kisəsində iltihab başladı. Üç gün müalicə olunsa da, heç bir faydası olmadı və nəticədə cərrahi müdaxilə edildi, öd kisəsi götürüldü?. Həyat yoldaşının sözlərinə görə, həkim M.Xəzərin vəziyyətinin tədricən düzəldiyini, müsbət dəyişikliklər olduğunu bildirib. Mirzə Xəzər (Mikayılov Mirzə Kərim oğlu) 1947-ci il noyabrın 29-da Göyçay şəhərində doğulub. 1974-cü ildə SSRİ-dən İsrailə mühacirət edib. 1985-87-ci illərdə ?Amerikanın səsi? radiosunun, 1987-2003-cü illərdə ?Azadlıq? radiosunun Azərbaycan redaksiyasına rəhbərlik edib. Hazırda Almaniyada yaşayır.

Digər xəbərlər
SON XƏBƏRLƏR