Azay Quliyev Xalq zairi Zəlimxan Yaqubu 60 illik yubileyi münasibəti ilə təbrik edib

img

21-01-2010 [04:29]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev Xalq şairi Zəlimxan Yaqubun 60 yaşı tamam olması münasibəti ilə ona təbrik ünvanlayıb. [b]Hörmətli Zəlimxan müəllim![/b] Sizi 60 illik yubileyiniz münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Yaradıcı insan üçün altmış yaş elə də çox deyil, əsl kamillik və müdriklik dövrünün başlanğıcıdır. Arxada qalan böyük poeziya uğurlarınıza baxmayaraq, əminik ki, irəlidə Sizi yeni-yeni möhtəşəm əsərlər və hərarətli oxucu alqışları gözləyir. Sizi ümumxalq məhəbbətinin Səməd Vurğun zirvəsinə qaldırmış zəngin yaradıcılığınız o taylı-bu taylı Azərbaycanda, bütün türk dünyasında sevilir. Kitablarınızla, televiziya ekranlarından səslənən çıxışlarınızla dünyaya təşviq etdiyiniz klassik və müasir Azərbaycan poeziyası, aşıq sənəti, xalq yaradıcılığı örnəkləri qədim Azərbaycan mədəniyyətinin əbədiyaşar, əzəmətli simfoniyası kimi məmnuniyyətlə dinlənilir, sevilir və öyrənilir. Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə ithaf etdiyiniz ?Əbədiyyət dastanı? Azərbaycan xalqının gələcək nəsilləri üçün mənəvi güvənc, iftixar və qürur mənbəyi olaraq, klassik poeziyamızın ölməz əsərləri ilə bir sırada daim yaşayacaqdır. Aşıq sənətimizin inkişafı, sazın və sözün müasir mədəniyyətimizin təmsilçiliyində öz layiqli yerini tutması üçün bütün həyatınız boyu çəkdiyiniz zəhmət unudulmazdır. Çox önəmlidir ki, H.Əliyev Fondunun prezidenti, millət vəkili xanım Mehriban Əliyevanın xüsusi əməyi və qayğısı sayəsində ümumbəşəri dəyərlər sırasına YUNESKO tərəfindən daxil edilmiş aşıq sənətimizin beşiyi başında bu gün Sizin kimi, ürəyi xalqına və dövlətinə məhəbbətlə dolu bir Azərbaycan oğlu dayanır. [b]Hörmətli Zəlimxan müəllim![/b] Ölkəmizdə Sizi tanımayan, Sizin sadə, səmimi və dərin mənalı söhbətlərinizi sevməyən ailə yoxdur. Ona görə də əmin ola bilərsiniz ki, Sizin bu əziz gününüzü bütün Azərbaycan xalqı böyük sevinc və sayqılarla qeyd edir. Bir daha Sizi əlamətdar yubileyiniz münasibətilə təbrik edir, Sizə uzun ömür, can sağlığı və bol-bol yaradıcılıq uğurları arzulayıram. Hörmətlə, Azay Quliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA