Gəlin Azərbaycana izləyək!

img

19-01-2010 [01:46]


gn=left]2010/qudrat-isakov-1.jpg[/libt] Sabah 20 yanvar faciəsinin 20-ci ildönümüdür. Azərbaycanda isə müxalifətimiz günün maraqlı məsələlərindən biri olaraq hansı partiyanın və ya partiya liderlərinin Rusiyaya, İrana, FSB-yə və ya ETTELAAT-a işləmələrini gündəmə gətirib. Bundan xeyli əvvəlki zamanlarda isə Rusiya bazalarını Azərbaycanda yerləşdirməklə Qarabağı və ətraf rayonları azad etmək məsələsi üzərində mübahisələr oldu. Daha əvvəllər Azərbaycanda ABŞ və NATO bazalarının yerləşdirilməsi gündəmə gəldi. Radiolar televiziyalar müxalifətdən intervyu götürür, küçələrdə istədikləri adamı saxlayıb bu müvzuda rəylər alırdı. Bir qədər keçmişdə-yəni 90-cı illərin sonlarına yaxın Azərbaycanla Türkiyənin vahid və ya konfederativ dövlət yaratması ideyası beyinləri məşğul etmişdi. O zaman da radiolar və televiziyalar işə düşmüşdü. Yəni Azərbaycan müxalifətinin ən böyük kəşfləri Azərbaycanı kiminsə çəkməsinin altına dürtmək və dövlət müstəqilliyimizi məhdudlaşdırmaqdan ibarət olub. Əfqanıstan və İraqdakı qanlı olaylar, Gürcüstanın bir gündə Abxaziyanı və Cənubi Osetiyanı itirməsi, Ukraynadakı Prezident seçkilərində Yanukoviçin və Timoşenkonun amerikapərəst Yuşşenko üzərindəki qələbələri və s. kimi hadisələr zaman-zaman dövlət müstəqilliyinin heç bir vəchlə hər hansı hissəsindən imtina etməyin yolverilməz olduğunu sübut edir. Yəni Azərbaycanda məqsədsiz bir şəkildə hər hansı xarici hərbi bazaların yerləşdirilməsi kimi cəfəng və ziyanlı ideyaları tarix özü zaman-zaman darmadağın edir. Bir məsələ isə aktual olaraq qalır, gündəmdən düşmür və zaman-zaman müxalifət liderləri tərəfindən kompromat kimi səsləndirilir ki, bu da kimlərinsə Rusiyaya, İrana, FSB-yə, ETTELAAT-a, MTN-ə və hətta Ramiz Mehdiyevə işləməsindən ibarətdir. İttihamların sıralaması və müqayisəsi gülüncdür. Yəni Rusiyaya və İrana işləmək anlayışları başa düşülən deyil. Hər bir Azərbaycan vətəndaşı və hüquqi şəxs, dünyanın bütün vətəndaşları və hüquqi şəxsləri Rusiya və İranın istənilən vətəndaşı və hüquqi şəxsləri ilə işləyə bilər. Rusiya FSB-sinə və ETTELAAT-a işləmək isə cinayətdir. Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinə işləmək məsələsinin qaldırılması isə bəsit bir fikirdir və populizmə hesabalnıb. Çünki Milli Təhlükəsizlik Nazirliyi Azərbaycanın milli təhlükəsizliyinə xələl gətirə biləcək hadisələri izləməli və onların qarşısını almalıdır. Yəni Milli Təhlikəsizlik Nazirliyinin vəzifəsi insanların hüquq və azadlıqlarına əngəl törətmədən dövləti baş verə biləcək daxili və xarici təhlükələrdən xəbərdar etmək və qorumaqdan ibarətdir. Milli Təhlükəsizlik Nazirliyinin ?ana müxalifət? və ya ?dədə müxalifət? partiyalarının liderləri, funksionerləri və s. ilə dövlətin təhlükəsizliyi naminə əməkdaşlıq etməsi təbii bir haldır. Milli Təhlükəsizlik Nazirliyimizin hansı müxalifət lideri və ya funksionerləri ilə işlədiyini bilmirik. Çünki bilməməliyik. Ramiz Mehdiyev isə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəridir. Ramiz Mehdiyev akademikdir. Ramiz Mehdiyev Azərbaycan vətəndaşıdır. Yəni Ramiz Mehdiyevin istənilən Azbaycan vətəndaşı ilə, istənilən partiya funksioneri ilə işləməısində də qəribə heç nə yoxdur. Yuxarıda dediyim kimi istənilən Azərbaycan vətəndaşının FSB ilə, ETELAAT ilə işləməsi cinayətdir. Bunu kim deyirsə düz deyir. Amma bir məsələ unudulur və ya gündəmə çıxarılmır. Nəyə görə partiya liderləri və ya funksionerləri heç zaman bir-birini ABŞ-a, Avropa ölkələerindən hər hansı birinə, və ya onların təhlükəsizlik orqanlarına işləməkdə günahlandırmırlar. Yəni bizim müxalifətimizə görə ABŞ və Avropa ölkələri, onların təhlükəsizlik orqanlarına işləməkdə nə cinayət var nə də satqınlıq. Sabah 20 yanvar faciəsinin 20-ci ildönümüdür. 20 yanvar faciəsini Sovet qoşunları törətdi. ABŞ isə 20 yanvardan da faciəli hadisələr törədib. Gəlin Azərbaycana işləyək! Qüdrət İsaqov Fizika-riyaziyyat elmləri doktoru, Avropa Təbiət Elmləri Akademiyasının akademiki 19 yanvar 2010-cu il

Digər xəbərlər
SON XƏBƏRLƏR