Qənimət Zahid Mirzə Sakitə keçirdiyi acılıq aksiyası ilə bağlı mesaj göndərib

img

18-01-2010 [03:04]


?Azadlıq? qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahid qəzetin satirik yazarı Mirzə Sakitə keçirdiyi acılıq aksiyası ilə bağlı mesaj göndərib. Bunu ?Media forum? saytına məhbus baş redaktorun həyat yoldaşı Ayəndə Mürsəliyeva deyib. Mesajın nədən ibarət olduğu hələ ?Media forum?a bəlli deyil. M.Sakit yanvarın 11-də ?Azadlıq? qəzetinə diktatura rejimlərinə həsr olunmuş şeir təqdim edib. Şeir qəzetdə çap olunmadığına görə o, yanvarın 16-dan acılıq aksiyasına başlayıb. Qəzetin direktoru Azər Əhmədov şeirdə təhqiramiz ifadələr olduğu üçün dərc edilmədiyini bildirib. A.Mürsəlileva yanvarın 18-də Penitensiar Xidmətin Müalicə Müəssisəsində Q.Zahidlə görüşüb. O, ?Media forum?a açıqlamasında həyat yoldaşının saxlanma şəraitindən narazı olmadığını deyib: ?Amma onun revmatizm ağrıları səngiməyib. Dərmanlarını bu gün apardım, dərmanlarla müalicə bu gündən başlayacaq?. Q.Zahid 2007-ci ilin noyabrından həbsdədir, 4 il müddətinə azadlıqdan məhrum edilib. 2009-cu il dekabrın 19-da o, 17 saylı Cəzaçəkmə Müəssisəsindən Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR