?imperiyanın qisası?- 20 yanvar faciəsinin ildönümünə həsr olunmuz kitab nəzr olunub

img

16-01-2010 [04:50]


?Bu kitabdakılar hekayə deyil, o gecə yaşadığımız həqiqətlərdir, üstümüzdən keçən tankların, sinələrimizdə közərən güllələrin göynərtisidir?. Bu ürəkparçalayan sözlər ?Araz? və ?Meridian? qəzetlərinin kollektivinin 20 yanvar faciəsinin 20-ci ildönümü ərəfəsində nəşr etdiyi ?İmperiyanın qisası? adlı kitabın ön səhifəsində əks olunub... Nəfis tərtibatlı kitabda 20 yanvar faciəsi zamanı rus qoşunlarının törətdiyi vəhşiliklər haqda ətraflı məlumat verilir. Kitabın ilk səhifəsində ümummmili lider Heydər Əliyevin 20 yanvar faciəsi ilə bağlı söylədiyi fikirlər yer alır. Daha sonra bu qanlı faciəyə Prezident İlham Əliyevin yanaşması öz əksini tapır. Kitabda xeyli sayda tanınmış şəxslərin, ictimai-siyasi xadimlərin söyləmiş olduğu fikirlər toplanıb. Həmçinin, dağılmaqda olan rus imperiyasının Bakıda bu qırğını törətməsinin səbəbləri haqda danışlır, 20 yanvar hadiələrinə qədər inkişaf edən proseslərin xronologiyası verilir. Bundan başqa ?İmperiyanın qisası? kitabında qanlı 20 yanvar gecəsinin şahidlərinin açıqlamaları əksini tapıb. Şahidlər hansı vəhşiliklərin şahidi olduqlarını, genosid üçün nəzərdə tutulan silahların atəşinə məruz qalmalarından danışırlar. Nəzərə çatdıraq ki, 20 yanvar faciəsi ilə bağlı faktları özündə əks etdirən çox az kitab dərc edilib. ?İmperiyanın qisası? dərc olunan bütün kitablardan onunla fərqlənir ki, burada proseslərin gedişi, faciəni doğuarn səbəblər tam ardıcıllığı və çılpaqlığı ilə əks olunur. Kitabda rus ordusunun vəhşiliklərinə rəvac verən daxili düşmənlər ifşa edilir. Qeyd edək ki, ?İmperiyanın qisası? kitabının tərtibatçısı ?Araz? və ?Meridian? qəzetlərinin baş redaktoru, tanınmış tədqiqatçı-jurnalist Hüseyn Əzizoğlu, məsləhətçisi isə adları qeyd olunan qəzetlərin baş direktoru Əflatun Süleymanovdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA