Prezident xalq zairi Rəsul Rzanın 100 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam verib

img

14-01-2010 [07:41]


ign=left]2010/resul-rza.jpg[/libt]Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 yanvar 2010-cu il tarixli sərəncamına əsasən xalq şairi Rəsul Rzanın 100 illik yubileyi keçiriləcək. Sərəncamda göstərilir ki, 2010-cu ilin may ayında Azərbaycanın xalq şairi, SSRİ Dövlət Mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəsul Rzanın (Rəsul İbrahim oğlu Rzayevin) anadan olmasının 100 illiyi tamam olur. Rəsul Rza XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindəndir. O, söz sənətimizə forma və məzmunca yeniliklər gətirərək novator şair kimi geniş şöhrət qazanmışdır. Azərbaycan dilinin poetik potensialının yeni-yeni imkanlarını üzə çıxaran Rəsul Rza yarım əsrə yaxın dövr ərzində yüksək dəyərli bədii nümunələr meydana gətirməklə yanaşı, respublikamızın elmi-mədəni həyatında yaxından iştirak etmiş, dolğun və səmərəli ictimai fəaliyyəti ilə tanınmışdır. Azərbaycan ədəbiyyatının inkişafı sahəsində təqdirəlayiq xidmətlər göstərmiş xalq şairi Rəsul Rzanın 100 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təklifləri nəzərə alınmaqla, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə xalq şairi Rəsul Rzanın 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsinlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA