Metronun ?20 Yanvar? stansiyası yaxınlığında 20 Yanvar zəhidlərinin xatirəsinə abidə ucaldılıb

img

14-01-2010 [02:22]


Metronun ?20 Yanvar? stansiyası üzərindəki dairədə 20 Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılıb. Xatirə kompleksi qanlı Yanvar faciəsinin 20-ci ildönümü günü açılacaq. Memar Eyvaz Bağırovun sözlərinə görə, kompleksin ümumi sahəsi 1400 kvadratmetrə yaxındır. Abidənin ətrafındakı meydana mərmər qranit döşənib. Layihəyə əsasən, kompleksin qarşısında 17 metr uzunluğunda 3 pilləli pilləkən və müasir işıqlandırma sistemi quraşdırılıb. Müəllifi heykəltəraş Çavanşir Dadaşov olan kompleksin mərkəzində hündürlüyü postamentlə birlikdə 8 metr olan əzəmətli abidə ucaldılıb. Kompleksin üzərində 20 Yanvar faciəsi zamanı həlak olmuş və yaralanan insanların ad və soyadları, habelə ümummilli lider Heydər Əliyevin qanlı Yanvar hadisələri ilə bağlı dediyi ?1990-cı il yanvarın 20-si Azərbaycanın tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur? sözləri qızıl hərflərlə həkk olunub. Qeyd edək ki, 20 Yanvar dairəsindəki parkda ucaldılmış xatirə kompleksinin inşasına ötən ilin oktyabrında başlanılmışdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA