Avropanın Gənc Azərbaycanlı Dostları Assosiasiyası yeni layihəsinə start verdi

img

13-01-2010 [04:48]


Bu gün Avropanın Gənc Azərbaycanlı Dostları Assosiasiyası Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun İnformasiya Proqramının maliyyə dəstəyi ilə yeni layihənin icrasına start verib. ?Veb master? adlanan layihənin əsas məqsədi Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarından geniş istifadə etməklə gənclərin demokratik inkişafına kömək etmək və informasiya cəmiyyətinə keçidi təmin etməkdir. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, aprel ayına qədər davam edəcək layihədə əsasən sosial imkanları zəif olan gənclər üçün veb səhifələrin və bloqların yaradılmasında üzrə müxtəlif təlim proqramları, məsləhət xidmətləri, praktiki işlərin görülməsi, biznes qrumları ilə əməkdaşlıq və internet aksiyaların keçirilməsi nəzərdə tutulur. Qeyd edək ki, Layihənin icrasını Avropanın müxtəlif ölkələrindən gəlmiş könüllülər həyata keçirəcəklər. Belə ki, Hollandiya və Polşadan gəlmiş 6 nəfər gənc könüllü bu layihənin icrasının effektiv həyata keçirilməsi üçün Avropa təcrübəsi tətbiq olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR