UEFA AFFA-nı 60 min avro cərimələdi

img

12-01-2010 [01:31]


UEFA-nın Nəzarət və İntizam Komitəsi 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması barədə qərarları qəbul edib. Müstəqil İnformasiya Agentliyi AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, aşağıdakı qərarlar verilib. 1.19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində 19 ? 24 sentyabr aralığında keçirilmiş İspaniya ? Azərbaycan, Azərbaycan ? Ukrayna və Kipr ? Azərbaycan oyunlarının nəticəsi ləvğ olunsun. Hər üç oyunda Azərbaycan yığmasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. 2. Futbolçular İna Boyko, Toma Besserdeçnaya, Olqa Qazıyeva, Olqa Səfərova, Natalya Suvorovtseva və Anastasiya Rəhmanova 30.11.2010-cu ilədək müddətə ölkədaxili və beynəlxalq oyunlardan diskvalifikasiya olunsun. 3. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası futbolçulara bu barədə məlumat versin. 4. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 60.000 (altmış min) avro məbləğində cərimə olunsun. 5. 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması 2010 və 2011-ci ildə keçiriləcək Avropa çempionatı oyunlarından kənarlaşdırılsın. 2011-ci ildən sonrakı növbəti 3 il sınaq dövrü təyin olunsun.

Digər xəbərlər
SON XƏBƏRLƏR
00:10 12.12.2024

FTB direktoru istefa verir

18:03 11.12.2024

Bakıya sulu qar yağacaq