Avropa Şurası Parlament Assambleyasının baz katibi Eynulla Fətullayevlə bağlı məlumatlandırılacaq

img

11-01-2010 [03:18]


?Gündəlik Azərbaycan? və ?Realnıy Azerbaydjan? qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevə qarşı 29 dekabr təxribatı daxili və xarici insan haqlarının müdafiəsi təşkilatlarında etirazla qarşılanıb. Qeyd edək ki, 29 dekabrda 12 saylı Cəzaçəkmə Müəssisəsinin Əməliyyat Şöbəsinin rəisi Kərim Şükürov baş redaktorun ayaqqabasında və gödəkçəsində narkotik maddə tapıldığını deyərək ona qarşı yeni cinayət işinin başlandığını elan ediblər. Bundan sonra baş redaktor Bakı İstintaq Təcridxanasına aparılıb. Hadisə yeni il bayramı ərəfəsində həyata keçirilsə də, artıq bir sıra beynəlxalq insan haqları müdafiə təşkilatları baş verənləri təxribat adlandıraraq olayı baş redaktor haqqında Avropa İnsan Haqlarının qərarı ilə əlaqələndirirlər. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, dünən Şərqi Avropada Mətbuat Azadlığı Uğrunda Fondun rəsmisi İrina Vooqa jurnalist Natiq Cavadlı ilə əlaqə saxlayaraq bildirib ki, Norveçin Helsinki Komitəsinin sədri Berit Lindeman və İnsan Haqları Evinin rəhbəri Ane Bonde bu həftə Avropa Şurası Parlament Assambleyasının baş katibi Torbörn Yaqlandla görüşüb baş redaktor Eynulla Fətullayevlə bağlı müzakirə aparacaqlar: ?Görüşdə yanvarın sonuna yaxın AŞ PA-ın sessiyasında Eynulla Fətullayevin məsələsinin gündəmə gətirilməsi də istəniləcək?. Qeyd edək ki, Torbörn Yaqland həm də Norveç parlamentinin sədridir.

Digər xəbərlər
SON XƏBƏRLƏR