Natəvan Həbibi: ?Aygün Kazımovanı tanımıram, elə bir müğənni mənim üçün yoxdur?

img

11-01-2010 [12:37]


?Yeni mahnım artıq hazırdır. ?Yenə də? adlı mahnımın musiqisi Vasonun, sözləri isə Nurlananındır. Muxtarla duet oxumuşam, planımda var ki, ona bir klip çəkdirim. Daha yeni bir mahnımı isə gələn həftə lentə alacağam. ?Təyyarələr? adlı mahnı Murad Arif bəstəsidir. İnanıram ki, bu mahnımda başqa hit olmuş mahnılarım kimi tutarlı olacaq?. Müstəqil İnformasiya Agentliyinə açıqlama verən gənc müğənni Natəvan Həbibi deyib ki, səhnədə yalnız özünü görür: ?Ona görə də getdiyim hər yerdə məni olduğum kimi qəbul edirlər. Məhz indiki gənclərin tələbi də budur. Mən də bir gənc olaraq, özüm olmağı üstünlük verirəm. Şükürlər edirəm ki, mənim tamaşaçılarımın zövqü çox gözəldir. Onlara gözəl musiqi lazımdır, o da bizdə?. Natəvan Həbibi heç vaxt getdiyi yerdə gələn müğənillərin siyahısına baxmır: ?Mənə maraqlı deyil ki, çıxış edəcəyim səhnədə kim olacaq. Əsas odur ki, həmin səhnədə mən maraqlı olum. Məni sevənlərin əhatəsində olmaq, gözləyənlərimə gözəl musiqilər bəxş etmək mənə yetərlidir?. N.Həbibi solo konsert haqqında bunları dedi: ?Əgər Tolik yanımdadırsa, deməli konsert 100 % olmalıdır. Əslində mən konsert vermək istəmirəm. Çünki Elton Conun konsertini görəndən sonra mən Bakıda konsert vermək istəmirəm. Həmin effekti verməyəcəyinə görə konserti yubandırıram. Mən istəyirəm ki, verəcəyim konsert həmin gördüyüm səvviyədə olsun. Yoxsa, nəsə alınmır. Yanvar ayının 13-ü Mokva proektimi gerçəkləşdirmək üçün Moskva şəhərinə yola düşürəm. Yəqin ki, proekt gerçəkləşər?. N.Həbibi şou proqramlara getməyəcəyini bildirib: ?Mən indi şou proqramlara, toylarda, banketlərə və ad günlərinə getmirəm. Efirlərədə getməməyi düşünürəm. Şou proqramlarından bezmişəm. Düzdür, mən şou proqramlardan pul qazanıram. Mən heç vaxt pulumdan bezib, çörəyimə təpik ata bilmərəm. Bildiyiniz kimi, mən özüm tək ailəmi saxlayıram. Sadəcə bir az istirahət üçün ara vermək istəyirəm. Çünki əməlli-başlı istirahət etməliyəm. Yeni ildə belə bir neçə işdən imtina etmişəm. Artıq 10 ildir ki, yeni il restoranlarda keçirirəm. Ona görə bu il dedim ki, heç olmasa 2010-cu ili evdə qeyd edim. Bu il yeni ili evdə qeyd etmişəm. Ailəmin və qohumlarımın əhatəsində yeni ili qarşılamışam?. Natəvan Həbibi ATV kanalına da öz fikrini bildirərkən dedi ki, o kanal mənim üçün yoxdur: ?ATV də Natəvan yoxdur, inşallah olmayacaqdır. Bu sözü mən sizə deyirəm. ATV mənim üçün artıq yox kimi bir şeydir. Mənə qarşı hörmətsizlik edilən bir yerdə mən yoxam. Necə deyərlər ?Sayanın quluyam, saymayanın ağası?. Burda sizə deyirəm, mən heç kimin ayağına düşüb yalvarası deyiləm. Mənə dünəndən ATV lazım deyil. Atv çalışan işçilərin əksəriyyəti ilə əlaqəm var. Amma ATV-ye gedən deyiləm. Mən ümumiyyətlə bütün kanalları çox istəyirəm ATV kanalından başqa. Birinci addımı ATV kanalına qarşı mən atan deyiləm. Əgər onlardan birinci mənə qarşı bir atdım olarsa və bu atdım məni qane edərsə niyə yox? Hamımız Azərbaycanlıyıq və bir ölkənin vətəndaşıyıq?. Natəvan Həbibi müğənni Aygün Kazımovaya da mesaj göbndərməyi unutmayıb: ?Mən Aygün Kazımovanı tanımıram. Elə bir müğənni mənim üçün yoxdur. Xalq artisti olsa belə. Onun heç bir gücü yoxdur ki, ATV kanalına nəsə etsin ki, mən ora çıxmıyım. Aygün Kazımova özü də heç kimdir. Nəsə də etsin. Gücü var idisə, Nömrə 1 yarışmasında edərdi. Etməyibsə deməli, Natəvan Həbibidən güclü deyil. Haqq öz yolunu həmişə tapır. Mən buna inanıram?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA