Səbinə Babayeva: "Öz ölkəmdə belə biganə münasibət görüm"

img

06-01-2010 [04:05]


Xəbər verdiyimiz kimi, gənc olmasına baxmayaraq, bir çox müğənniinin xəyal etdiyi beynəlxalq festivalların qalibi olan Səbinə Babayeva bu il üçüncü dəfə ?Eurovision? milli seçimlərində iştirak edirdi. Show.az eksklüziv olaraq xəbər verir ki, Səbinə Babayeva ?Eurovision? milli seçimlərinin sonuna az vaxt qalan bir ərəfədə seçimlərdən kənarlaşdırılıb! Bu barədə məlumatı müğənni özü Show.az-a verib: - ?Artıq üçüncü ildir ki, məni ?Eurovision?-da görmək istəyənlərin ümidləri puç olur! Mənə Zəhra Bədəlbəyli məlumat verdi ki, bu mərhələdə növbəti tura yenidən keçmədim. Məni seçimlərdən kənarlaşdıranlar, insanı ruhdan salanlar sonra deyirlər ki, Səbinə Babayeva dəvətnamə gözləyir! Bütün deyilənlərə baxmayaraq, mən seçimlərə getdim və nəticə yenə də ötən illərdəki kimi oldu. Belə çıxır ki, arxamda heç kimin olmadığına görə, mən kəsilirəm. Başqa tutarlı səbəb yoxdur və ola da bilməz! Seçilənlərlə məni eyni səhnəyə çıxartsınlar görək, kim canlı, kim fonoqram oxuyur, kim ata-ana kölgəsində gizlənir! Mən xaricdə festivallara gedib, ?Qran-pri?ləri dalbadal Azərbaycana gətirən müğənniyəm. Axı, bu necə ola bilər ki, öz ölkəmdə belə biganə münasibət görüm! Mənim keçə bilmədiyim növbəti mərhələyə böyük səhnə görməyənlər keçsin!? Müğənni növbəti illərdə milli seçimlərə gedəcəyinə inanmadığını da bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA