"Eurovision-2010"da iztirak edəcək ölkələrin adı açıqlanıb

img

04-01-2010 [05:26]


?Eurovision-2010? müsabiqəsinə qatılan 39 ölkənin adı açıqlanıb. Albaniya, Azərbaycan, Ermənistan, Belarus, Belçika, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Kipr, Danimarka, Estoniya, Finlandiya, Fransa, Makedoniya, Gürcüstan, Almaniya, Yunanıstan, İslandiya, İrlandiya, İsrail, Latviya, Litva, Malta, Moldova, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Türkiyə, Ukrayna və Böyük Britaniya kimi ölkələrin nümayəndələri bu yarışmada iştirak edəcək. Qeyd edək ki, Fransa, Almaniya, İspaniya və Böyük Britaniya avtomatik olaraq finala düşəcək. Belə ki, onlar ?Eurovision? müsabiqəsinin əsas sponsorları qismində çıxış edəcək. ?Eurovision-2010? yarışmasının nümayəndəsi Svante Stokselius bildirib ki, çətin iqtisadi duruma baxmayaraq, 39 ölkə müsabiqəyə qatılmağa imkan tapa bilib. "Bundan başqa biz çox şadıq ki, Gürcüstan yenə yarışmada iştirak edəcək?, - deyə bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA