Eynulla Fətullayevin atası Daxili izlər naziri Ramil Usubovla görüzmək istəyir

img

31-12-2009 [05:54]


;n ?Gündəlik Azərbaycan? və ?Realniy Azerbaydjan? qəzetlərinin baş redaktoru Eynulla Fətullayevə qarşı təxribatın törədilməsi və ona qarşı cinayət işinin açılması ilə əlaqədar növbəti toplantı keçirilib. Toplantıda Fətullayevin vəkili İsaxan Aşurov çıxış edərək bildirilib ki, baş redaktorun üstündə axtarış aparılarkən ancaq narkotiklərin tapıldığı yerlərə (ayaqqabısı və gödəkçəsinə) baxılıb. ?Axtarışı aparan şəxslərdə narkotikin yeri barədə hətta dəqiq məlumat olsaydı belə, Fətullayev tamamilə axtarılmalı idi, axtarış aparan şəxslərin ancaq ayaqqabıya və gödəkçəyə baxış keçirmələri və oradan narkotiklərin çıxması qaranlıq məqamların olduğunu göstərir?, - deyə Aşurov qeyd edib. Fətullayev bu cür axtarışa etiraz edib, narkotiklərin onun ayaqqabısına və gödəkçəsinə əvvəlcədən atıldığını deyib və axtarış barədə protokolu imzalamaqdan imtina edib. Aşurov axtarışdan sonra Fətullayevin paltarının dəyişdirildiyini, ona Sovet dövründən qalmış qara paltar geyindirilərək, bir gün ərzində yataq ləvazimatları, pəncərəsi olmayan soyuq otaqda saxlanıldığını bildirdi. Vəkil bunu birbaşa pis rəftar kimi qiymətləndirdi. Daha sonra baş redaktorun atası Emin Fətullayev çıxış edərək, mətbuat vasitəsilə Daxili İşlər naziri Ramil Usubova müraciət etdi və məsələ ilə əlaqədar bir sıra detalları müzakirə etmək üçün onunla görüşmək istədiyini bildirdi. Emin Fətullayevin sözlərinə görə, bu oğluna əlavə cəza təyin etmək üçün yuxarı dairələrin təşkil etdiyi əməliyyat olub. Toplantıda iştirak edən vətəndaş cəmiyyəti və KİV nümayəndələri məsələ ilə əlaqədar yayılacaq bəyanatları və atılacaq addımları müzakirə ediblər. Müzakirələr zamanı bir sıra təkliflər səsləndirilib. Təkliflər qismində həbsdə olan jurnalistlərin və bloggerlərin dərhal azadlığa buraxılmasının tələb edilməsi, ?Monitor? jurnalının qətlə yetirilmiş baş redaktoru Elmar Hüseynovun qətlinə görə məsuliyyətin hakimiyyətin üzərinə qoyulması, etiraz aksiyalarının keçirilməsi, Prezident İlham Əliyevlə və repressiv addımları ilə tanınan məmurlarla görüşlərin təxirə salınması üçün dünya dövlətlərinin rəhbərlərinə çağırışın edilməsi, 2010-ci ilin Azərbaycan demokratik qüvvələri ilə beynəlxalq ictimaiyyətlə birgə beynəlxalq həmrəylik ili elan olunması və s. səsləndirilib. Növbəti toplantı yanvarın 4-ü saat 12.00-a təyin olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR