Mətbuat Şurası 7 qəzeti reket elan etdi

img

30-12-2009 [06:40]


Dekabrın 30-da Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib. Şuradan Müstəqil İnformasita Agentliyinə verilən məlumata görə, iclasda ?Ailə həkimi?, ?Birlik?, ?Azərbaycan nəşrləri? jurnalları və ?Media və Mülki Cəmiyyət? İctimai Birliyi Mətbuat Şurasına qəbul edilib. Üzvlük üçün müraciət edən ?Yeni xəbər? qəzeti ilə bağlı belə qərar qəbul edilib ki, bu qəzetin bir illik saylarının monitorinqi aparıldıqdan sonra məsələyə baxılsın. İclasda şikayətlər üzrə komissiyanın və ?reket jurnalistika?ya qarşı mübarizə komissiyasının rəyləri əsasında da qərarlar çıxarılıb. ?Gündəlik Bakı?, ?Zərbə?, ?Tolerant Azərbaycan?, ?Əsas xəbər?, ?Dünya kriminal?, ?Güzgü? qəzetlərinin və ?Mozalan? jurnalının adları ?reket nəşr? elan olunub. ?Bizim vətən? qəzetinin adı isə xəbərdarlıq edilərək şuranın ?qara siyahı?sına salınıb. ?Qara siyahı?da adı olan bir sıra nəşrlər şuraya fəaliyyətlərində dönüş yaratdıqları barədə müraciətlər ünvanlayıblar. İclasda bu müraciətlərlə bağlı müzakirələr gedib. Bildirilib ki, məsələ Mətbuat Şurasının ?reket nəşr?lərin müəyyənləşdirilməsinə dair təlimatında nəzərdə tutulan müddəalara uyğun olaraq tənzimlənəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR