Sabiq baz prokuror Eldar Həsənov kitab yazıb

img

29-12-2009 [12:23]


Azərbaycan Respublikasının Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri, hüquq elmləri doktoru Eldar Həsənovun yeni kitabı çapdan çıxıb. Kitab ?Azərbaycanın dövlət və hüququnun əsasları? adlanır. ?Azərnəşr?də çap olunan kitab Azərbaycan Respublikası Təhsil nazirinin əmri ilə ali məktəb tələbələri üçün dərslik kimi təsdiq edilib. Azərbaycan Dövlət Nəşriyyatı - ?Azərnəşr? tərəfindən dərc olunmuş dərslikdə ?Azərbaycanın dövlət və hüququnun əsasları? tədris fənninin materialları, dövlət və hüquq nəzəriyyəsinin əsas anlayışları, Azərbaycan Respublikası dövlət hüququnun konstitusion, cinayət, inzibati, mülki, ailə və əmək kimi təməl müddəaları şərh edilib. Ali məktəblərin hüquq fakültəsinin tələbələri, elm və tədris müəssisələrinin əməkdaşları, praktiki işlə məşğul olan hüquqşünaslar üçün nəzərdə tutulmuş və yüksək peşəkarlıqla qələmə alınmış dərslik iki bölmədən ibarətdir: ?Dövlət və hüquq nəzəriyyəsinin əsas anlayışları? və ?Azərbaycanın sahə hüququnun əsasları?. Dərsliyin birinci bölməsində müxtəlif ölkələrin (əsasən də inkişaf etmiş Avropa ölkələrinin) tarixi təcrübəsinə əsaslanan beynəlxalq hüquq müstəvisində dövlət, cəmiyyət, hakimiyyət, hüquq və şəxsiyyət haqqında əsas anlayışlar, dövlətin əsas tipləri, dövlət hakimiyyətinin həyata keçirilmə metodları, dövlət institutunun növləri, hüquq sistemi, hüquq normalarının strukturu, normativ hüquqi aktların əlamətləri, hüquq münasibətlərinin obyektləri və subyektləri, qanunçuluğun təminatı, vətəndaş cəmiyyəti anlayışı, onun əlamətləri və strukturu, sosial dövlətin əsas funksiyaları, müasir dövlətdə insan və vətəndaş hüquqları və azadlıqlarının təminat sistemi və digər zəruri məsələlər ətraflı nəzərdən keçirilib və müqayisəli şəkildə dərindən araşdırılıb. Dərsliyin milli qanunvericiliyə əsaslanan və altı fəsildən ibarət ikinci bölməsində isə Azərbaycan Respublikasının Konstitusiyası, inzibati, mülki, ailə, əmək və cinayət hüququnun əsasları geniş şərh edilib. Eldar Həsənovun hüququn və dövlətin əsasları kimi ciddi və aktual bir mövzuya həsr etdiyi və professor Firudin Səməndərovun redaktoru olduğu bu sanballı əsər hüquqşünaslar üçün layiqli bir töhfə olmaqla yanaşı, heç şübhəsiz ki, müstəqil ölkəmizin mövcud sahədə çalışan bütün vətəndaşları üçün faydalı olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR