Gənc müğənni Arzum 2009-Uzaq ilinə son töhfəsini verdi

img

28-12-2009 [02:33]


Ölkəmizdə elan olunmuş 2009-Uşaq ilinə gənc müğənni Arzum xüsusi diqqətlə yanaşıb və bununla bağlı bir neçə layihə həyata keçirib. Müstəqil İnformasiya Agentliyiynin məlumatiına görə, bir neçə bölgədə və 5 internat məktəbində konsert verən müğənni, mətbuat konfransı keçirərək Uşaq ili ilə bağlı realizə etdiyi sonuncu layihəsini təqdim edib. Arzum xanımın Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatı (AQAT), ?Qızıl Aypara? Cəmiyyəti, ?Aqil M. Film? prodüser cəmiyyəti ilə birgə həyata keçirdiyi ?Dostum? adlı layihə çərçivəsində qarşıya valideyn himayəsindən məhrum olmuş yeniyetmələrin asudə vaxtını təşkil etmək, onlara mənəvi dəstək olaraq cəmiyyətə inteqrasiya etməsinə ydımçı olmaq, sonda kimsəsiz uşaqlar içərisindən ən istedadlı, səsi olan yeniyetməni seçib sənətə yiyələnməsinə şərait yaratmaqla gələcəyinə təkan vermək məqsədi qoyulmuşdur. Nəticədə Gözdən Əlil Uşaqlar üçün Respublika Orta İnternat Məktəbindən 1992-ci il təvəllüdlü Nicat Allahyarov seçilib. Arzumun onunla oxuduğu ?Ana-ata? mahnısı və bu mahnıya çəkilən sosial xarakterli klip mətbuat konfransı iştirakçılarının hər birinin ürəyincə olub. Hətta tədbir iştirakçıları arasında göz yaşlarını saxlaya bilməyənlər də var idi. Çıxış edənlər isə belə layiəhələrin cəmiyyət üçün zəruri olduğunu vurğulayaraq, sənət aləmində meydan sulayan bəzi məşhur müğənniləri Arzumdan örnək götürməyə çağırıblar. .

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA