Vaqif Mustafazadə adına mədəniyyət sarayının açılızı olub

img

26-12-2009 [11:45]


Dekabrın 26-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayəndələri Pirallahı adasına gəlib. Əvvəlcə adada fəaliyyət göstərən ?Abşeronneft? NQÇİ-nin mədən ərazilərində aparılan ekoloji layihələrlə tanış olan ARDNŞ prezidenti burada keçirilmiş iməcilikdə iştirak edib və ağac əkmişdir. Daha sonra adada Vaqif Mustafazadə adına mədəniyyət sarayının açılışı da olub. ARDNŞ-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, Azərbaycan Dövlət Neft Şirkəti Pirallahı adasının inkişafı və abadlaşdırılması ilə bağlı proqram hazırlayıb. R. Abdullayev qeyd edib ki, adanı elə inkişaf etdirmək lazımdır ki, neft hasilatı bitəndən sonra ondan turizm məqsədilə istifadə olunsun.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA