?Arzın mal alan? musiqili komediyası Türkiyənin Samsun zəhərinin Opera və Balet Teatrında

img

25-12-2009 [02:13]


Dahi bəstəkar Üzeyir Hacıbəyovun məşhur ?Arşın mal alan? musiqili komediyası Türkiyənin Samsun şəhərinin Opera və Balet Teatrında tamaşaya qoyulub. Azərbaycan Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyevin səhnələşdirdiyi operettanın premyerası dekabrın 19-da baş tutub. Samsunun rəsmi şəxslərinin, Ankaradan dəvət olunmuş tanınmış sənətçilərin, media təmsilçilərinin də qatıldığı premyera anşlaqla qarşılanıb: tamaşaçılar yaradıcı heyəti 15-20 dəqiqə ayaq üstə alqışlayıblar. Dekabrın 21-də ?Arşın mal alan?ın qala-premyerası olub. Tamaşadan sonra yaradıcı heyətlə görüşən şəhər rəhbərliyi və sənətçilər Azərbaycan mədəniyyətinə böyük önəm verdiklərini söyləyiblər. Samsun Opera və Balet Teatrı ?Arşın mal alan?ın uzunmüddətli repertuara salınmasını qərara alıb. Hafiz Quliyev ?Arşın mal alan?ı səhnəyə qoymaq üçün 2009-cu il noyabrın 15-dən Samsuna dəvət olunmuşdu. Hər gün 7-8 saat məşqi keçirilən tamaşanın ərsəyə gəlməsində azərbaycanlı rejissorla yanaşı, alman dirijoru Markos Baix, rəssam Yusif Tokər, xormeyster Aleksi Vinoqradşçi, xoreoqraf Zeynəb Bengiər çalışıblar. Əsgər rolunda Onur Polad və Barış Yanç, Gülçöhrə rolunda Əda Bingöl və Arsen Ərsoy çıxış ediblər. Tamaşada bütün rolları Türkiyə artistləri ifa ediblər. 2002-ci ildə H.Quliyev ?Arşın mal alan?ı Ankara Opera və Balet Teatrında səhnələşdirib. ?Media forum?

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA