Flora Kərimovanın apellyasiya zikayəti təmin olunmadı

img

24-12-2009 [04:46]


Bu gün Bakı Apellyasiya Məhkəməsində xalq artisti Flora Kərimovanın Binəqədi Rayon Məhkəməsinin 12 oktyabr 2009-cu il tarixli qətnaməsindən vermiş olduğu apellyasiya şikayətinə baxılıb. Lent.az-ın məlumatına görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə F.Kəromovanın şikayəti təmin olunmayıb, əvvəlkə məhkəmə qətnaməsi qüvvədə saxlanılıb. Qeyd edək ki, F.Kərimova Binəqədi Rayon Məhkəməsində xalq artisti İlhamə Quliyevaya və onun mətbuat katibi Faiq Ələkbərliyə qarşı şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi, dəymiş ziyanın ödənilməsi tələbi ilə iddia qaldırıb. Binəqədi Rayon Məhkəməsinin hakimi Natiq Abbasovun sədrliyi ilə iddiaya baxılıb və təmin olunmayıb. F.Kərimova apellyasiya şikayəti verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA