Nailə Mirməmmədli gələn il yaradıcılıq gecəsi keçirməyi planlazdırır

img

23-12-2009 [03:16]


?Ümumən mənim iş fəaliyyətim demək olar ki, axtarışlardan ibarətdir. Məhz bunun əyani sübutu olaraq, sözləri Xuraman Vəfaya, musiqisi isə mənə aid olan yeni bir mahnı ərsiyə gəlib. Həmin bu mahnını Faiq Ağayevin ifasında eşidəcəksiniz?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə bəstəkar Nailə Mirməmmədli deyib. Nailə Mirməmmədli bildirib ki, yaradığılıq gecəsi keçirməyi planlaşdırır: ?Gələn il yaradığılıq gecəsi keçirmək istəyirəm. Fevraldan sonra ay yarım məşqlərə başlayacağam. Yəqin ki, yaradıcılıq gecəsi aprelə təsadüf edər, məkan isə Heydər Əliyev adına Saray olacaq?. Nailə Mirməmmədlinin sözlərinə görə, keçirilən yaradıcılıq gecəsini xatirə gecəsi kimi də təqdim etmək olar: ?Çünki Hikmətdən sonra onsuz keçirəcəyim ilk yaradıcılıq gecəsidir. Gecədə yeni mahnılar səslənəcək. Bu, həm mənim bəstələdiyim, həm də Hikmətin bəstələdiyi mahnılar olacaq. Mən planlaşdırıram ki, səhnə üçün Filarmoniyada xor kopellası ilə Hikmətin və mənim xor əsərlərimizi hazırlayım?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA