Müğənni Brilliant Dadazovanın səsi tutulub

img

19-12-2009 [12:52]


Xalq artisti Brilliant Dadaşovanın səsi tutulub. "İstiot" jurnalının yazdığına görə, Rusiyanın Sankt-Peterburq şəhərində toy məclisinə dəvət alan müğənni mərasimdə ansamblı ilə birlikdə iştirak etsə də, səsi tutulduğundan oxuya bilməyib. Buna baxmayaraq, toy sahibi xalq artistinin məclisdə qonaq qismində iştirakını istəyib və qonorarını toyda çıxış edən digər sənətçilərdən artıq ödəyib. Qeyd edək ki, ötən həftə müğənni Zamiqin toyuna dəvət alan Brilliant Dadaşova mərasimdə iştirak etməyib. Xalq artistinin Bakıda olmadığı deyilsə də, sənətçi həftənin bazar ertəsi artıq şəhərdə olub. Bundan başqa, müğənni ANS ÇM-də dünən efirə gedən "Hər gecə" verilişinin qonağı olmağa söz versə də, sonradan prodüsseri B. Dadaşovanın yorğun olduğunu əsas gətirərək onun verilişə qatılmayacağını bildirib. Müğənninin prodüsseri Nigarın ANS PRESS-ə verdiyi məlumata görə, B. Dadaşovanın səsi ilə bağlı heç bir problemi yoxdur. "Müğənni Rusiyanın Murmansk şəhərində AzTV-nin Yeni il çəkilişlərində iştirak edib və bu səbəbdən yorğun olduğundan dəvət aldığı tədbirlərdə iştirak edə bilməyib", deyə prodüsseri qeyd edib. Prodüsseri müğənninin özü ilə əlaqə saxlamağımızı məsləhət bilsə də, xalq artisi telefon zənglərimizə cavab vermədi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA