?Guardian? qəzetinin oğurlanmız əməkdazı iki əfqanıstanlı müxbirlə birgə azad edilib

img

18-12-2009 [12:30]


gn=left]2010/jurnalist-olumu.jpg[/libt] Böyük Britaniyanın ?Guardian? qəzetinin İraqlı əməkdaşı iki əfqanıstanlı həmkarı ilə birgə Əfqanıstanın Şimal-Şərq bölgəsində altı gün girov saxlanıldıqdan sonra azad edilib. Beynəlxalq Mətbuat İnstitutundan (BMİ) Beynəlxalq Avrasiya Mətbuat Fonduna verilən məlumata görə, Qeys Əbdül-Əhəd son dəfə dekabrın 9-da ?Guardian? qəzeti ilə əlaqə saxlayıb. İki gün sonra qəzetə üç jurnalistin oğurlanması barədə informasiya verilib. Jurnalistlərin sağ-salamat geri qaytarılmasını təmin etmək məqsədilə ictimaiyyətə bu barədə xəbər verilməyib. Onların ailələrinə, Böyük Britaniyanın və Əfqanıstanın müvafiq orqanlarına məlumat verilib. Jurnalistlər azad edildikdən sonra yorğun olduqlarını, ancaq əhval-ruhiyyələrinin yaxşı olduğunu bildiriblər. Məlumatla görə, əfqanıstanlı jurnalistlərin adı təhlükəsizlik məqsədilə açıqlanmayıb. ?Guardian? qəzetinə görə, bu üç jurnalist Pakistanın Şimal-Qərb Sərhəd Əyalət ilə həmsərhəd olan dağlıq bölgədəki döyüşçülərdə müsahibə götürməyi planlaşdırıblarmış. Onlar keçən həftə silahlı dəstə tərəfindən tutulublar. Ərazi Taliban və Ərəb döyüşçülərinin, eləcə də ?Hezb-e-İslami? kimi müxtəlif qruplaşmalar və cinayətkar dəstələrin dayağı kimi tanınır.

Digər xəbərlər
SON XƏBƏRLƏR