Bu gün Azərbaycanın tanınmız jurnalisti Elçin Səlcuq vəfat edib

img

17-12-2009 [04:04]


Azərbaycan jurnalistikasının tanınmış nümayəndəsi Elçin Səlcuq bu gün vəfat edib. Bu barədə musavat.com-a mərhumun qələm dostları xəbər veriblər. Elçin Səlcuqun 45 yaşı vardı. O, iki il idi ki, səhhətində yaranmış problemdən əziyyət çəkirdi. Jurnalistikaya ötən əsrin 90-cı illərində hay-küylü yazılarla gəlmiş E.Səlcuq müasir, azad jurnalistikanın ilk qaranquşlarından idi. O, ?Azadlıq?, ?Detektiv? kimi qəzetlərdə çalışmışdı. Son illərdə isə E.Səlcuq ?Proloq? ədəbi dərgisində çalışırdı. Allah rəhmət eləsin!

Digər xəbərlər
SON XƏBƏRLƏR