Dövlət Gənc Tamazaçılar Teatrı Şekspirin məzhur ?Otello? faciəsini səhnələzdirəcək

img

17-12-2009 [03:57]


Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi dahi ingilis yazıçısı V.Şekspirin məşhur ?Otello? faciəsini paytaxtın teatrsevərlərinə təqdim ediləcək. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, tamaşa xalq artisti, quruluşçu rejissor İrina Perlovanın yubileyinə həsr olunub və həmçinin tamaşanın səhnə və musiqi tərtibatı ona məxsusdur. Tmaşada baş rolları teatrın aparıcı aktyorları, əməkdar artistlər ? İlqar Cahangirov, Leyli Vəliyeva, Şövqi Hüseynov, Gülər Nəbiyeva, Nofəl Vəliyev, Seyidşah Məmmədov və başqaları ifa edəcəklər. Qeyd edək ki, tamaşada Qustav Maler və Alfred Şnitkenin musiqilərindən istifadə ediləcək. Hazırda isə Gənc Tamaşaçılar Teatrında Knut Hamsunun ?Viktoriya? və A.Hofmanın ?Şelkunçik? əsərləri üzərində yaradıcı işləri aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA