Nisə Qasımovadan mətbuata savadsız və hədələyici müraciət göndərilib

img

16-12-2009 [05:25]


Nisə Qasımovanın rəhbəri olduğu ?Kainat prodakşn? tərəfindən mətbuata savadsız və hədələyici müraciət göndərilib. Lent.az həmin müraciəti olduğu kimi diqqətə çatdırır: ?Diqqətinizə çatdırırıq ki, bu gündən etibarən ?Kainat prodakşn?ın icazəsi olmadan Azərbaycan Respublikasının xalq artisti Nisə xanım Qasımova haqqında hər hansı bir xəbər, məlumat dərc edərək yayımlayan KİV, eyni zamanda prodakşnın icazəsi olmadan, xəbərdarlıq edilmədən hər hansı efir sənətkar xanımın görüntüsünü göstərərsə, haqqında süjet yayımlayarsa məsuliyyətə cəlb olunacaq. Sənətkara hörmət əlaməti olaraq onun haqqında hər hansı məlumatı əldə etmək, görüntüsünü yayımlamaq istədikdə mütləq yalnız ?Kainat? prodakşnın mətbuat xidmətinə müraciət etməyinizi rica edirik ?. P. S. Bu xəbərdarlığı Azərbaycanda özünü dünyanın sahibi sayan müğənnilərin sırasına daha birinin əlavə olunması kimi qəbul edirik və bu məlumatı da ciddi xəbər olaraq yox, özünə sənətkar deyən bir şəxsə ironiya kimi dərc edirik. Demokratik Respublikanın demokratik vətəndaşı olmağa iddia edən Nisə xanım bilməlidir ki, KİV-lə belə danışmaq olmaz! Nəinki KİV-lə, ümumiyyətlə, heç kimlə bu tonda danışmaq olmaz! Hələ-hələ xalq artisti adını almış (!) bir şəxsə heç yaraşmayan hərəkətdir ki, cümlə yazmağı bacarmayan birinin vasitəsilə KİV-ə belə ismarıc yollasın. Bu, gülünclükdən başqa bir şey deyil. İkincisi, hörmətli Nisə xanımın və onun mirzələrinin bilmələrinə ehtiyac var ki, KİV- Kütləvi İnformasiya Vasitələri deməkdir və bu, bütün yazılı və elektron mediaya aid edilən ifadədir. Üçüncüsü, biz hüquqi dövlətdə yaşayırıq. Bu dövlətdə vətəndaşları və ya qurumları məsuliyyətə yalnız hüquq-mühafizə orqanları cəlb edə bilər. Məzəniz olsun Nisə xanım! Siz də özünüzü belə ?kəşf etdiniz?!

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA