Xalq artisiti Flora Kərimova əlinə silah alıb döyüzə getməyə hazırdır

img

15-12-2009 [06:26]


[b]Xalq artisti Arif Babayev, Tacir Şahmalıoğlu, Fədayə Laçın, Zemfira Əlişqızı sözlərini tutmayaraq, Qarabağ mövzusunda olan ?Müharibə sənəti? adlı kitabın təqdimatına qatılmadılar[/b] Bu gün ?4 season? klubunda yazıçı Xəzail Muxtarovun ?Müharibə sənəti? adlı kitabının təqdimatı oldu. Müstəqil İnformasiya Agentliyinin məlumatına görə, Qarabağ müharibəsi mövzusunda yazılan əsərdə xüsusi kəşfiyyat qrupunun düşmən arxasında fəaliyyətindən bəhs edir. Mühaibənin bütün sərt məqamlarını çılpaqlığı ilə göstərməyə çalışan məllif öz əsərində əsgərlərimizin qarşılarında olan missiyanın öhdəsindən uğurla gəldiklərini vurğulayır və bizim bu müharibədə şərəfli anlarımızın da olduğunu oxucuya çatdırır. Bir sözlə, ?Müharibə sənəti?nin oxucularını gərgin anlar, maraqlı döyüş səhnələri gözləyir. Xatırladaq ki, tədbirdə tanınmış sənət adamlarının, ələlxüsus da Qarabağ əsilli sənətçilərin iştirakı və onların sözügedən problemin təbliğində rolu ətrafında müzakirələr də nəzərdə tutulmuşdu. Lakin büğün günü efirlərdə ?Qarabağ? deyə hayqıran bu insanların əsl vətənpərvərlikdən uzaq olduqları bilindi. Bu insanlar arasında yalnız xalq artisti Flora Kərimova və müğənni Nəzakət Məmmədova tədbirə qatılmağı özlərinə vətəndaşlıq borcu bilərək orada iştirak etdilər. Flora xanım Kərimova da tədbir iştirakçılarının təşəbbüsünü alqışladı və bu kimi addımların zəruriliyini vurğuladı. O, sənət yoldaşlarının tədbirə laqeyd yanaşmalarına da mənfi rəyini bildirərək əsl vətən sevgisinin həm də əməldə olduğunu dedi. F.Kərimova hətta əlinə silah alıb döyüşə belə getməyə hazır olduğunu söylədi. Tədbirə gələcəyini vəd edib, sözlərini tutmayan sənətçılər arasında Tacir Şahmalıoğlu, Fədayə Laçın, şairə Zemfira Əlişqızı, xalq artisti Arif Babayevin və digərlərinin adları çəkildi. Kitabın müəllifi Xəzail Muxtarov isə öz çıxışı zamanı Yazıçılar Birliyinin gənc yazarlara olan ögey münasibətini bir daha diqqət önünə çəkdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA