Mətbuat Şurası ??Euronews? telekanalında Dağlıq Qarabağla bağlı yayımlanmız reportaja etiraz bəyanatı verib

img

14-12-2009 [05:29]


Mətbuat Şurası ?Euronews? telekanalında Dağlıq Qarabağla bağlı yayımlanmış reportaja etiraz əlaməti olaraq bəyanat yayıb. Mətbuat Şurasından Müsqəqil İnformasiya Agentliyinə daxil olan bəyanatda qeyd olunur ki, medianın Dağlıq Qarabağ münaqişəsinə mövqeyi konfliktin müzakirəsinə yönəlmiş təşəbbüslərin daim gündəmdə olması məntiqinə söykənib. Bu mənada, 135 ölkədə 250 milyon tamaşaçı auditoriyasına malik ?Euronews? telekanalının da məsələyə eyni prizmadan yanaşması gözlənilən idi: ?Təəssüf ki, telekanal əməkdaşlarının Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağa səfəri və nəticə etibarilə hazırladıqları reportajda nəinki qeyri-obyektivliyə, qərəzə və birtərəfli məhsul təqdimatına yol verilib, eyni zamanda aşkar siyasi mövqe nümayiş etdirilib ki, bu isə sivil media standartları ilə qətiyyən uzlaşmır. Belə bir reportajın telekanalda günlərlə yayımlanması səfər təşkilatçısı - Ermənistanın Avropalı Dostları (EuFoA) adlı qurumun və deməli, Ermənistanın məramına xidmət təsiri bağışlayır?. Bəyanatda Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı sülh danışıqlarının intensiv məcraya qədəm qoyduğu vurğulanıb. ?İndiki həssas şəraitdə oxşar mənfi meyllərin bəzi ölkələrin mediasında yer almasını sülh prosesinin əngəllənməsinə yönəlmiş məkrli kampaniya kimi dəyərləndirmək də mümkündür. İstəməzdik ki, dünya miqyaslı media qurumlarından sayılan ?Euronews?un belə kampaniyalarda iştirakını ehtiva edən şübhələr yaransın?. Şura ümid edir ki, ?Euronews? öz standartlarının pozulmasına, onun haqqında mənfi rəy formalaşmasına biganə qalmayacaq: ?Biz, telekanalın xəbərlər departamentinin rəhbəri Piter Bababasın bu günlərdə mətbuata açıqlamasına inanaraq ümid edirik ki, ?Euronews? məsələ ilə əlaqədar Azərbaycan ictimaiyyətinin mövqeyini öz auditoriyasına çatdıracaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR