ilhamə Quliyevanın Flora Kərimovaya qarzı iddiası təmin edildi

img

11-12-2009 [03:35]


Dekabrın 11-də Ali Məhkəmədə xalq artisti İlhamə Quliyevanın həmkarı Flora Kərimovaya qarşı qaldırdığı iddia üzrə kasasiya şikayətinə baxılıb. Lent.az-ın məlumatına görə, hakim Əsəd Mirzəliyevin sədrliyi ilə keçirilən prosesdə İlhamə Quliyevanın şikayəti təmin edilib. Məhkəmə işin yenidən Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi barədə qərar çıxarıb. Xatırladaq ki, İ.Quliyeva Nəsimi rayon Məhkəməsində Flora Kərimovaya qarşı şərəf və ləyaqətin təhqiri və işgüzar nüfuzun aşağı salınması ilə bağlı maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı iddia qaldırıb. F.Kərimova da qarşılıqlı iddia qaldırıb. Nəsimi Rayon Məhkəməsi F.Kərimovanın qarşılıqlı iddiasını rədd edib. Həmin qərardan F.Kərimova Bakı Apellyasiya Məhkəməsinə şikayət verib. Bakı Apelyasiya Məhkəməsi də onun şikayətini rədd edib. Bundan sonra F.Kərimova Ali Məhkəməyə kasasiya şikayəti verib. Ali Məhkəmə isə həmin kasasiya şikayətini təmin edib, işi ləğv edərək Apellyasiya Məhkəməsinə göndərib. Bakı Apellyasiya Məhkəməsi də F.Kərimovanın xeyrinə qərardad çıxarıb. Nəticədə İ.Quliyeva yenidən kasasiya şikayəti verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA