Ramiz Mehdiyevin tənqidləri Ali Attestasiya Komissiyasını silkələdi

img

09-12-2009 [09:30]


Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sədrliyi ilə noyabrın 21-də ölkədə humanitar elmlərlə məşğul olan alim, müəllim, elm və təhsil ocaqlarının rəhbərləri, təhsil naziri, Milli Elmlər Akademiyası prezidentinin iştirakı ilə müşavirə keçirilib. Müşavirədə Azərbaycanda humanitar və ictimai elmlər sahəsində yaranmış vəziyyətlə bağlı məsələ müzakirə olunub. Bu müşavirədən sonra Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev ?İctimai və humanitar elmlər: zaman kontekstində baxış? adlı məqalə ilə çıxış edərək elm sahəsinidəki problemləri sadalayıb. Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) da akademik Ramiz Mehdiyevin tənqidlərindən ciddi nəticə çixarır. Artıq Ali Attestasiya Komissiyasının sədri akademik Arif Mehdiyev bir neçə şəxsi vəzifəsində azad etməyə qərar verib. Onun üçün də Ali Attestasiya Komissiyasında işləyən və zəif dissertasiya işlərinin təsdiqləməsində rol oynayan şəxslərin fəaliyyəti araşdırılır. Xüsusən ictimai və humanitar elmlər sahəsindən məsul olan şəxslərin fəaliyyətinə ciddi diqqət yetirilir. Verilən məlumata görə araşdırmanın ilk mərhələsində AKK-da bir neçə şəxsin ciddi qanun pozuntularına yol verdikləri aşkarlanıb. Bu şəxslər akademik Arif Mehdiyevin adından istifadə edərək biznesmenlərin zəif dissertasiya işlərinin təsdiqinə nail olublar. Fəaliyyəti təftiş olunanlar arasında Müşfiq Atakişitevlə Qəzənfər Qədirovun adının olduğu bildirilir. Qeyd edək ki, iş vaxtı başa çatdığı üçün Ali Attestasiya Komissiyasında baş verənlərlə bağlı rəsmi şəxslərdən ətraflı bilgi ala bilmədik.

Digər xəbərlər
SON XƏBƏRLƏR