Islamçılar məscidlərin sökülməsi əleyhinə piket keçirəcək

img

08-12-2009 [06:14]


Bir sıra islamyönlü partiya fəalları - Azərbaycan Birlik Təşkilatı, ?Azərbaycanın İnkişafı və Gələcəyi Naminə?, ?Sağlam Mühit - Sağlam Gələcək? ictimai birlikləri və Fəzilət, İslam partiyaları cümə günü saat 13:00-da Yeni Günəşli ?Fatimeyi Zəhra?məscidi qarşısında 50 nəfərlik piket keçirəcək. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) ünvanlanan məktubda bildirilir ki, onlar ?Fatimeyi-Zəhra? məscidinin sökülməsi qərarına etiraz edirlər və dekabrın 11-də bu məscidin qarşısında piket keçirmək istəyirlər. Partiya fəalları dinc aksiyanın təhlükəsizliyinin təmin olunması ilə bağlı BŞİH-dən müvafiq göstəriş verilməsini xahiş ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR