çingiz Abdullayev: ?Prezident vaxt tapıb yubileyimizdə iztirak etsə, çox yaxzı olar?

img

08-12-2009 [05:55]


Dekabrın 14-16-da Azərbaycan Yazıçılar Birliyi və onun ədəbi orqanı olan ?Ədəbiyyat qəzeti?nin 75 illik yubileyi qeyd olunacaq. Tədbirlərə AYB sədri Anarın dekabrın 14-də keçirəcəyi mətbuat konfransı ilə start veriləcək. AYB katibi Çingiz Abdullayev ?Media forum? saytına açıqlamasında deyib ki, Gənc Tamaşaçılar Teatrında böyük tədbir, Müslim Maqomayev adına Dövlət Filarmoniyasında beynəlxalq şeir gecəsi, ?Park İnn? hotelində Yazıçılar Birliyinin fəaliyyətinə həsr olunan konfrans, birliyin binasında təntənəli iclas keçiriləcək. Yubiley tədbirləri dövründə Bakıda üçüncü ?Sərhədsiz söz? forumu da düzənlənəcək. Ç.Abdullayev deyib ki, yubiley tədbirlərində Rusiya, Türkiyə, Ukrayna, Qazaxıstan, Özbəkistan, Macarıstan, Türkmənistan, Estoniya, Rumıniya, Gürcüstan, İsrail, Yaponiya, Polşa, Böyük Britaniya, Serbiya, Fransa, Almaniya, İspaniya və digər ölkələrdən 88 nümayəndənin iştirakı gözlənir. AYB katibinin sözlərinə görə, yubiley tədbirlərinə prezident İlham Əliyev də dəvət olunacaq: ?Prezident vaxt tapıb yubileyimizdə iştirak etsə, çox yaxşı olar?. Lakin yubileylə əlaqədar yazıçı və şairlərə hər hansı fəxri adlar, mükafatlar verilməyəcək: ?Biz belə qərara gəldik ki, bu yubileyi dövlətdən nəsə istəmək mərasiminə çevirməyək. Biz dövlətdən heç nə istəmirik. İstəyirik ki, işğal olunan torpaqlarımızı qaytarsınlar və inkişaf edək. Ona görə də heç kimə ad, orden verilməyəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA