Zülfiyyə Xanbabayeva ?Dəniz? adlı yeni diskini təqdim etdi

img

07-12-2009 [05:05]


Xalq artisti Zülfiyyə Xanbabayeva jurnalistləri başına toplayaraq, onlara ?Dəniz? adlı yeni diskini təqdim etdi. Müstəqil İnformasiya Agentliyinin məlumatına görə, sayca 5-ci olan bu alboma 18 mahnı daxil edilib. Onlar arasında Mikayıl Vəkilov, Hüseyn Abdullayev, Gövhər Həsənzadə, Vüqar Camalzadə, İsa Məlikov, Emin Kərimi, Emin Məcnunbəyli və digər bəstəkarların mahnıları daxil edilib. ?BMF Rekords? şirkəti tərəfindən Almaniyada istehsal olunan diskin İnternet vasitəsilə bütün dünyada satışına imkan yaradılacaq. Bu disk ölkəmizdə ilk olaraq Dünya Musiqi Məlumatları Bazasına daxil edilib. Məlum səbəblərə görə, 3 illik fasilədən sonra çıxan diskə 18 mahnı daxil edilsə də, Zülfiyyə xanım yaxın gələcəkdə pərəstişkarlarını xalq və klassik üslublarında olan mahnılardan ibarət daha bir albomla sevindirmək niyyəti barədə bildirdi. Sənətçi ?Dəniz? adlı alboma daxil edilən daha 3 mahnıya klip çəkilişinin planlaşdırıldığını söylədi. Onun sözlərinə görə, ilk seçim Mikayıl Vəkilovun bəstələdiyi ?Unut getsin? adlı mahnı üzərində dayanıb. Rejissor Fuad Əlişov tərəfindən ekranlaşdırılacaq klipin yeni ilə kimi tamaşaçıların ixtiyarına verilməsi nəzərdə tutulub. Müğənni yaxın vaxtlarda solo-konsert vermək barədə düşünmədiyini də bildirdi. Sonuncu konsertində onu 22 musiqiçinin müşayiət etdiyini və dinləyiciləri bəzi həmkarları kimi ?yola verməyi? sevmədiyini vurğulayan xalq artisti bu işə çox ciddi yanaşdığını açıqladı.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA