"Səttar Bəhlulzadə irsi çox etibarsız əllərdədir"

img

06-12-2009 [06:03]


[b]Ziyadxan Əliyev deyir ki, dipolmsuz rəssamın həm çoxlu dostları, həm də düşmənləri olub[/b] YUNESKO 2008-ci ildə xalq rəssamı Səttar Bəhlulzadənin 100 illiyinin qeyd edilməsi barədə qərar verdi. Onun ardınca Azərbaycan prezidenti İlham Əliyev rəssamın yubileyinin ölkədə keçirilməsi haqda sərəncam imzaladı. Bununla bağlı müvafiq orqanlara, əlaqədar təşkilatlara tapşırıqlar verilib. Dekabrın 15-də Səttar Bəhlulzadənin anadan olmasının 100 ili tamam olur. Sənətşünas, əməkdar incəsənət xadimi Ziyadxan Əliyevin bildirdiyinə görə, azərbaycanlı rəssam Səttar Bəhlulzadənin yubileyi Azərbaycandan əvvəl bir neçə ölkədə də qeyd edilib. - Oktyabr ayında Özbəkistanda Səttar Bəhlulzadənin xatirəsi anılıb, sərgisi keçirilib. Rəssamın Pərzad Abdinova adlı bacısı nəvəsi, Özbəkistanda çalışır. Bu tədbirin keçirilməsində onun da rolu olub. Sərgi düzənlənib. Sərgidə əksər işlər şəkillərdən ibarət olub. Yəni, rəsmlərin əslləri göstərilməyib. Özbəkistandan sonra növbə YU?ESKO-ya çatıb. ?oyabrın 16-dan 20-nə kimi YU?ESKO-nun xaricdəki qərargahında Səttar Bəhlulzadənin böyük yubiley mərasimi təşkil olundu. Əsərləri və rekoduksiyalarından ibarət sərgi keçirildi. Azərbaycan nümayəndə heyətinin rəhbərliyi ilə təntənəli konsert proqramı da təqdim edildi. Səttar Bəhlulzadə yaradıcılığı Fransa tamaşaçılarına da yaxından tanıdılıb. Növbə Azərbaycanındı. Artıq tədbirlər başlayıb. Onu da bildirim ki, Mədəniyyət və Turizm ?azirliyinin sifarişi ilə Səttar Bəhlulzadənin ömür yolu və yaradıcılığı barəsində əhatəli bir kitab da işıq üzü görəcək. [b]- Dünya şöhrətli rəssamın ömür yolu və yaradıcılığını kim qələmə alır?[/b] - Mən. Bir ildən yuxarıdır ki, bu kitab üzərində işləyirəm. Əslində bu kitab Səttar Bəhlulzadənin həyat və yaradıcılığını əhatə edən ensklapediyadır. Kitab hələlik ana dilimizdədir, ingilis və rus dillərinə də tərcümə olunacaq. Yubiley ərəfəsində Səttarla bağlı film də ekranlaşdırılıb. Bu, rejissor Ələkbər Muradovun şəxsi təşəbbüsü ilədir. Texniki dəstəyi isə İctimai Televiziya verib. Film Səttar Bəhlulzadənin vəfatı günü - oktyabrın 13-də İctimai Televiziyanın ekranlarında nümayiş olunub. [b]- Film haqqında ümumi rəy necədir?[/b] - Mənfi. Filmlə bağlı narazılıq daha qabaraqdır. [b]- Narazılığa səbəb nədir? [/b] - Səttar Bəhlulzadə obrazı inandırıcı deyil. Ssenari çox zəif yazılıb. Amma mən, rejissoru o qədər də günahkar saymıram. [b]- Nəyə görə? [/b] - Maliyyə olmayan yerdə hansı keyfiyyətdən danışmaq olar? İkincisi, bu məsələdə vaxt azlığı da rol oynayıb. Əslində bu film dövlət dəstəyi əsasında çəkilsəydi çox güman ki, ortaya gözəl bir iş çıxa bilərdi. Təəssüflər olsun... Qısa vaxt ərzində, maliyyə vəsaiti olmadan belə bir film çəkmək kimə lazım idi? Bu film Səttar Bəhlulzadənin adı və sənəti ilə uzlaşmır. Bizim də yaralı yerimiz budur ki, Səttar böyüklüyü bu filmdə görsənmir. [b]- Səttar Bəhlulzadə sənətinin yaşaması üçün ən vacib şərt nədir? [/b] - Səttar Bəhlulzadənin yaşadığı Əmircan qəsəbəsində onun ev muzeyini açmaq lazımdır. Düzdür, artıq buna da qərar verilib. Bina təmir olunub. Hələlik ekzpozisiya hazır deyil. Amma bunun üçün Prezident səviyyəsində qərar verilməlidir. Əgər bu qərar verilsə, muzeyin ekspozisiyası da hazır olacaq. Bundan başqa, onun yaşadığı həyətdə Səttar Mərkəzi yaradılmalıdı. Onun yaşadığı evdə qohum-əqrabaları var. Yaxşı olar ki, onlara başqa yerdə ev versinlər. Həyət ortadan asarla bölünüb. O asar götürülməli və böyük bir sərgi salonu açılmalıdır. İnanıram ki, ona Suraxanı rayon İcra Hakimiyyətinin imkanı çatar. [b]- Necə düşünürsünüz, Azərbaycan rəssamlıq məktəbinə Səttar Bəhlulzadə sənəti nə verib? [/b] - O, rəssamlıq sənətinə tarixi mövzuda başlayıb. Onun "Qubalı Fətəli xan" və "Xəttat Mirəli Təbrizi" adlı əsəri var. Sonradan isə Səttar Bəhlulzadə mənzərə janrını aşaraq Azərbaycan rəssamlıq tarixinə təbiətin nəğməkarı kimi daxil olub. Rəssamlıq məktəbində ikinci dərəcəli hesab olunan mənzərə janrını bəlkə də o, ön sıralara çıxarda bilib. Səttar yaradıcılığında fəlsəfə, poetika, romantikaya da rast gəlinir. Ən başlıcası isə Səttar öz əsərlərində Azərbaycan tamaşaçısını öz torpağına yenidən baxmağa məcbur edir. Mən deyərdim ki, o, vətəndə yaşaya-yaşaya Azərbaycan torpağını təzədən bizə tanıtdırdı. Səttarın ən böyük xidmətlərindən biri budur. [b]- Deyirsiniz ki, o, sənətə tarixi mövzu ilə başlayıb. Onu tarixi mövzudan mənzərə janrına çəkən hansı qüvvə olub? [/b] - Səttarın tələbəlik illərində tarixi mövzularda axtarışları çox olub. 1970-ci ildə ona dövlət mükafatı verilib. Həmin vaxtı o, radioda çıxış edib, bildirir ki, tələbə vaxtı müəllimlərim və tələbə yoldaşlarım mənə deyirdi: - Səttar, sən tarixi mövzuda tanınan gözəl rəssam olacaqsan. Təəssüflər olsun ki, mən onların etimadını doğrulda bilmədim. O, dipolm işində "Babək üsyanı" və "Bəzz qalasının müdafiəsi" əsərlərini işləmişdi. Elə tələbə vardı ki, bir əsər işləyirdi, Səttar isə iki əsər təqdim edib. Müharibə başlayanda o, Moskvaya getmədi. Ümumiyyətlə, Səttar diplom müdafiəsində iştirak etməyib. Yəni, o, dipolmsuz rəssam idi. Müharibədən sonra dəfələrlə ona Moskvadan təkliflər gəlib. Deyiblər ki, gəl, bir əsər işlə sənə diplom verək. Osa buna gülərək cavab verirdi: - Bəyəm diplomsuz rəssam olmaq mümkün deyil? Səttar "Babək üsyanı" və "Bəzz qalasının müdafiəsi"ndən sonra "Qubalı Fətəli xan" əsərini işləyib. Bu arada özünün bədii potensialını tam ifadə edə bilmədiyini hiss edir. Ona görə də o, axtarışlar aparmağa başlayıb. Abşeron təbiəti ilə yaxından tanış olub, Qubaya gedir. Qayıdandan sonra isə Quba mənzərələrini əsərlərinə salır. Bu əsərlər tamaşaçılar və sənətsevərlər tərəfindən maraqla qarşılanır. Bundan sonra o, bütün Azərbaycanı gəzir. [b]- Bütün sənət adamları kimi Səttar Bəhlulzadə də öz dövrünün haqsızlaqları ilə üzləşib. Sizcə, haqsızlıqların arxasında nə dayanırdı?[/b] - Səttar Bəhlulzadə heç kəsdən çəkinən adam deyildi. Vəzifəsindən asılı olmayaraq, qarşısındakı şəxsin barəsində düşündüklərini bir başa üzünə deyirdi. Bu keyfiyyəti isə ona çoxlu sayda həm dost qazandırmışdı, həm də düşmən. Düşmənlər ona fiziki təsir göstərə bilmirdilər. Ona görə də ona qarşı mənəvi təsir siyasəti aparırdılar. Ən geniş yayılan mənəvi təsir isə onun əsərlərinə verilən qonorarın qiymətini aşağı salmaq idi. Məsələn, 1961-ci ildə Səttar "Xəzər gözəli" adlı bir gözəl əsər yaradır. Bəlkə də bu, onun şah əsərlərindən sayılırdı. Bu əsər Moskvada keçirilən ümumittifaq sərgidə nümayiş olunur. Respublikanın bir çox tanınmış rəssamları da bu sərgidə iştirak edirlər. ?ədənsə Səttar bu sərgiyə getmir. Qazaxıstanın Mədəniyyət ?azirliyinin əməkdaşları onun "Xəzər gözəli" əsərini görüb bəyəniblər. Maraqlananda ki, bəs bu əsərin müəllifi hanı? Deyiblər ki, Bakıdadır, gəlməyib. Onlar vaxt itirmədən Bakıya gəliblər ki, bu əsərə müştəri çıxmadan onu alsınlar. Qazaxıstanlı qonaqlar Səttarla görüşüb hal-əhval tutandan sonra gəlişlərinin səbəbini bildirəndə o, "nahaq yerə əziyyət çəkib o boyda yolu gəlmisiniz. O işi məndən artıq alıblar",- deyib. Onlar isə deyiblər ki, "hələ sərgi qurtarmayıb. Axı nə vaxt və kim alıb?". O isə deyib ki, İncəsənət Muzeyi. Qonaqlar da deyiblər ki, "biz İncəsənət Muzeyini razı salaraq, sizə də 25 min rubl verək. Bizə yazılı məktubunuz lazımdır ki, bu əsərin İncəsənət Muzeyindən alınıb Qazaxıstana aparılmasına etiraz etmirsiniz". Amma Səttar "mən bunu edə bilmərəm",-deyib. Əlacları kəsilən qonaqlar Səttardan həmin əsəri təkrar çəkməsini istəyiblər. Deyib ki, mən təkrarçılığı xoşlamıram. Qapıdan çıxanda qonaqlardan biri Səttara "bu işi sizdən neçəyə alıblar",- sualını verib. Sualın cavabında Səttar deyib: "Bu əsərə görə mənə 600 rubl verilib". Dəhşətdən başlarını tutublar ki, bu boyda da haqsızlıq olar. Onlar deyib ki, bu əsərin dəyəri 30 min rubldan çoxdu. Səttarın əksər işlərinə beləcə haqsızlıq olub. Təkcə yeganə əsəri "Mənim anam" olub ki, o 4 min rubla satılıb. Onun üzərində iki il iş gedib. Səttara təzyiq formalarından biri də sərgisinin keçirilməməsi idi. Yaşadığı dövrdə onun Moskvada cəmisi bir sərgisi keçirilib. İkinci sərgisi isə Praqada təşkil edilib. Moskvadakı sərgi zamanı tamaşaçılardan biri deyib: "Azərbaycan xalqı nə qədər sıravi bir xalqdır ki, 60 il ərzində Səttar Bəhlulzadə kimi bir rəssamı dünyadan gizlədə bilib". Əslində bu təhqirdir. Səttar deyirdi ki, mən həmin vaxtı ayıldım. Dedim ki, gərək, mən çoxdan Moskvada göstərilməliydim. [b]- Belə bir rəssamı "gizlətməkdə" məqsəd nə ola bilərdi?[/b] - Yəqin, ki, hansısa adamlar, yaxud da quruplar buna mane olmağa çalışıb. Hər halda fərdi sərgi əhatəli sərgidi. Ayrı-ayrı sərgilərdə bir-iki işi nümayiş olunub. Amma ümumilikdə iki fərdi sərgisi keçirilib. 1973-ci ildə ?əsiminin yubileyi qeyd edildi. Həmin vaxt Azərbaycanı təmsil edən bir mədəniyyət tədbiri kimi bu sərgi düzənlənib. İncəsənət Muzeyinin işçiləri danışırdı ki, sərgi komitəsi əsərlərə baxanda Səttar Bəhlulzadə sənətinə irad tutub. [b]- Konkret olaraq nə deyib? [/b] - Deyib ki, təbiətdə belə rəng ola bilməz, bu nə rəngdi? O da deyib ki, yağışdan sonra havanın rəngi necə olar? Həmişə yağışdan sonra havada dəlicəsinə ağ-süd rəngli çalarlar əmələ gəlir. Səttar nə qədər bunları inandırmağa çalışsada, mənası olmayıb. İşə bir təpik vuran rəssam əsəbindən onu cırıq-cırıq edib. Bunun üstündən bir neçə gün keçib. Bunların oturduğu otağın dənizə tərəf pəncərəsi olub. Qəfildən Səttar içəri girib pəncərəyə yaxınlaşanda qışqırıb-"ələ, bir havaya, dənizə baxın. Mən də bu havanı çəkmişdim. Bu yazıqlar heç vaxt təbiət qoynunda olmayıblar, bircə dəfə təbiəti müşahidə etməyiblər. Belə olan halda onlar məni necə başa düşə bilər?". [b]- Deyilənə görə Səttar Bəhlulzadə bütün həyatını qələmə alıb, yəni gündəlik yazıb. Qohumları isə bu gündəlikdə yazılanları mətbuata açıqlamaq istəmir. Doğrudurmu?[/b] - Düzdür, o, cavanlıqda gündəlik yazıb. Həmin gündəlikdə yazılanlardan bir 10 səhifə onun ömür yolu və yaradıcılığından bəhs edən kitabda əks olunacaq. Deyilənə görə onun gündəliyində müəyyən adamların adları hallanır. Yaxın qohumları da məhz bu səbəbdən gündəlikdə yazılanlar barəsində məlumat vermək istəmirlər. Qohumlarının fikri var ki, Səttarın bütün gündəliyini kitab halında çap etdirsin. [b]- Gündəlikdə hansısa rəssam, yaxud sənətşünas haqsızlıqda ittiham edilib? [/b] - Konkret olaraq ad çəkilməsə də, sənətşünaslarla bağlı fikirlər var. Deyir ki, bunlar sözün düzünü deməkdən qorxurlar. Elə rəssamlar var ki, bir-birinin ünvanına tərif yağdırır. Əslində isə o təriflər saxtadır. Təriflənən rəssamların əsərlərini Moskva qəbul etməyib. Qorxmaq lazım deyil. [b]- Bəs, bu qorxaqlıq hansı sənətkara şamil edilib? [/b] - Məlum məsələdir ki, o vaxt aparıcı rəssamlar kim idi? Mən onların adlarını çəkmək istəmirəm. Hamısı dünyasını dəyişib. Səttarın sənətşünaslarla isti münasibəti olmayıb. [b]- Nəyə görə? [/b] - Sənətdə baş verənləri düzgün işıqlandırmadıqlarına görə. Sözü üzə demək lazımdı. Təəssüflər olsun ki, bu bizdə yoxdur. Onun əsərlərini çox adam almaq istəyirdi. Həmin şəxslərin çoxu vəzifəli olub. Amma Səttarın həmin adamlardan xoşu gəlmirdi. Onun üçün vəzifə azad meyar deyildi. Səttar əsərinin ucqar dağ kəndində yaşayan bir şəsxin evində olması ilə fəxr edirdi. Onun böyüklüyü də bundaydı. [b]- S.Bəhlulzadənin muzeyi yaradılandan sonra onun müxtəlif məkanlarda olan əsərləri necə yığılacaq? [/b] - İncəsənət Muzeyində onun 137 sənətkarlıq əsəri var. O əsərlərdən istifadə edib müəyyən ekspozisiyalar quracaqlar. Hətta eşitdiyimə görə, bəzi fotolardan da istifadə olunacaq. Məncə, Səttar Bəhlulzadə irsinin tarixi ilə maraqlanmağın əsl vaxtıdır. Mən onun haqqında yazdığım kitabla əlaqədar çox adamla görüşdüm. Apardığım araşdırma zamanı aydın oldu ki, Səttar Bəhlulzadə irsi çox etibarsız əllərdədir. Biz bilirik ki, həmin adamlarda rəssamın əsərləri var. Amma onlar bunu boyunlarına almırlar. Bu adamlar sabah həmin əsərləri erməniyə də sata bilərlər. Çünki bu adamların xislətinə bələd oldum. Hətta onlara mesaj da ünvanladım ki, Səttara belə münasibət göstərmək olmaz. O, heç kəsə iş satmayıb. Ola bilsin ki, kiməsə iş bağışlasın. Hardasa 500-ə qədər şəxsin siyahısını vermişəm. [b]- Siyahını kimə vermisiniz? [/b] - Mədəniyyət və Turizm ?azirliyinə. Səttarın əsər bağışladığı adamların adları məlumdu. Ancaq məsələ burasındadır ki, həmin adamlarda o işlərin çoxusu durmur. Satıblar. Mən həmişə demişəm. Azərbaycanda milli irsin toplanması, qorunması, təbliği ilə bağlı olan bir qurum yaradılmalıdır. Bu, bütün dünyada var. Milli ənənələr qorunmalı, əlimizdən çıxan işləri dövlət almalıdır. Səttar bəyəm 500 əsər çəkib? Çoxdur. Deyirlər ki, guya camaatdan güclə alacaqlar. Bu şaiyədən başqa heç nə deyil. O əsərləri ancaq pulla almaq olar. Çünki Səttarın çox əsərləri ölkədən çıxarılıb. ?ə qədər imkan varsa, bu əsərləri almaq lazımdı. [b]- Yarımçıq qalmış dastan barədə nə deyə bilərsiniz? [/b] - Bu barədə gündəlikdə yazıb. Həmin əsərdə anasını işləyib. Sonra yazır ki, atamı da əsərə köçürmək fikrindəyəm. Amma bu arzusu yarımçıq qalıb. [b]- Bəhlulzadə nəslində Səttar yolunun davamçısı varmı? [/b] - Təəssüflər olsun ki, yoxdur. Bu, əlçatmaz bir zirvədir. Səttar Bəhlulzadə təkcə sənətkarlığın zirvəsi deyildi. O, həm də insan kamilliyi ilə sənətkarlığın vəhdətindən yaranan bir yoldu. Bu kamillik yolu olmadan Səttar yolunu getmək çox çətindi. Qeyd edim ki, yazdığım kitabda hörmətli alimimizin bir ifadəsini işlətmişəm. Kamil Vəli ?ərmanoğlu deyir: - Səttar Bəhlulzadə bu günahlı dünyanın günahsız uşağı idi. O, günaha batmadı. Mənsə əlavə etdim ki, Kamil müəllim, bunun ona sadəcə vaxtı yox idi. Onun bir məhəbbət qaynağı vardı - o da vətən, torpaq idi. O, Əmircandan Bakıya elektirik qaratı ilə gəlməyi ən bahalı maşından üstün tuturdu. Təbiətdən aldığı zövqə haram qatmaq istəmirdi. Sağlığında ona "aramızda gəzən dahi" və "sənətin Məcnunu" da deyirdilər. Sənəti sevə-sevə özü də Məcnunlaşdı. Füzuli poeziyada etdiklərini Səttar rəssamlıqda yaratdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA