Azərbaycanlı aktrisa Məlahət Abbasova "Vida" filmində Atatürkün bacısının obrazını yaradacaq

img

03-12-2009 [07:21]


Azərbaycanlı aktrisa Məlahət Abbasova Türkiyə Cümhuriyyətinin qurucusu Mustava Kamal Atatürk haqqında çəkilən yeni bədii filmdə böyük liderin bacısı Makbulenin obrazını canlandıracaq. Məlahət Abbasova bu barədə açıqlamasında 1996-cı ildə Parisdə UNESKO-nun sülh elçisi seçilən, Türkiyənin mədəniyyət, sənət ve siyaset dünyasının ən mühüm simalarından biri olan Zülfü Livanelinin Atatürkün həyatından bəhs edən "Vida" adlı bədii filmin çəkilişlərinə başladığını bildirib. Məlahət Abbasovanın sözlərinə görə, çəkilişlər Türkiyənin İzmir şəhərində davam edir: "Filmin ssenarisi, rejissoruluğu ve musiqisi də Zülfi Livaneliyə aiddir: "Filmdə Holluvuddan dünyanın ən tanınmış texniki qrubu çalışır. Filmin prodüsseri daha əvvəlki işlərində də böyük uğurlar qazanan Sevda Qayğısız və Özkan İpəkdir. Mənə bu filmdə Atatürkün bacısı Makbulənin rolu verilib. Məni bu filmlə bağlı görüşə çağıranda inanamadım. Bütün yolboyu Allaha yalvardım ki, ən kiçik rola belə məni qəbul etsinlər. Çünkü Atatürk adı bizim ailə və bütün Türkiyə üçün çox mühümdür. Həm də Türkiyənin indiki sıxıntılı bir dönəmində bu filmdə rol almaq çox şərəfli bir işdir". Məlahət Abbasova Zülfü Livaneliylə çalışmağın hər kəsə qismət olmadığını və buna çox sevindiyini vurğuladı: "Məni ilk dəfə görəndə və azərbaycanlı olduğumu eşidəndə gözləri güldü. Bakı xatirələrindən danışdı. Bakıya Mehriban xanım Əliyevanın dəvəti ilə getdiyini və Azərbaycan yeməklərini çox sevdiyini söylədi... Görüşümüzdən bir neçə müddət keçdikdən sonra prodüsser Sevda xanım məni çağırdı. Mənə "səni təbrik edirəm, bu filmde Atatürkün bacısı Makbuləni oynayacaqsan", - dediyi zaman sevindiyimdən ağladım. Ən böyük aktyorların prodüsserə zəngaçaraq "nə olar bizi ən kiçik bir rolda da olsa bu filmdə oynadın" dediklərini bildiyim üçün heç ümidim yoxdu". Məlahət Abbasova filmin ssenarasinin Atatürkün ən yaxın dostu, silahdaşı, Atatürk öldüyü zaman özünü silahla ürəyindən vuran Salih Bozokun xatirələri əsasında yazıldığını bildirdi: "Bu qədər aktrisaların içindən tarixi şəxsiyyət Atatürkün bacısı Makbulə roluna seçilmək, sənət həyatımda o ailənin bir parçası olmaq mənim üçün şərəfli bir hadisədir. Azərbaycanlı qızı kimi də qürur duyuram. Mən bu filmdə Makbulənin 27, 36 və 53 yaşındakı halını oynayıram.Bir gün öncə çox duyğulu bir səhnə çəkdik. Atatürk öldüyü zaman başının üstündə Makbulə dayanmışdı. 53 yaşlı Makbuləni oynamaq mənim üçün də çox həyəcanlı bir duyğuydu. Dünyaca tanınmış qrim ustası məni Makbuləyə elə oxşatdı ki, özüm özümü tanıya bilmədim. Mel Gibsonun çəkdiyi "Apokalipsis" filminə görə 2007-ci ildə Oskar və Emmy mükafatı alan Holluvudun dünyaca tanınımış saç və qrim ustaları Aldo Signoetti və Vittorio Sodanonun 8 nəfərlik işçi qrupu ilə bu filmdə olmaları çox önəmli bir hadisədir. Filmin operatoru məşhur Peter Styugerdir". Məlahət xanım bu qədər böyük simalarla bir filmdə çalışdığı üçün özünü xoşbəxt saydığını söylədi: "Onlarla çox gözəl bir dostluğumuz yarandı. Azərbaycanlı olduğumu eşidəndə Azərbaycanla bağlı o qədər sual verdilər ki, mene... Prodüsser Sevda Kayğısız yay ayında Azəbaycanda çəkilişləri nəzərdə tutulan Elçinin "Mahmud və Məryəm" filmində çalışmaq üçün onlara iş təklif etdi. Bu təklifə müsbət baxdılar". Məlahət Abbasova "Vida" filminin bütün dünyada nümayiş etdirilməsinin nəzərdə tutulduğunu qeyd etdi: "Film dünyanın bütün ölkələrində göstəriləcək. Eyni zamanda filmin Kann festivalına qatılması üçün indidən hazırlıqlara başlanılıb. İnşallah, qismət olarsa o festivala qatılmaq mənim üçün xəyalımın gerçəkləşməsi olacaq...". Azərbaycanlı aktrisa digər istiqamətlərdə də çalışmalarını davam etdirdiyini dedi: "Hazırda ikinci rejissoru olduğum "İntiharın baş məşqi" tamaşasının məşqləri davam edir. İnşallah dekabrın 16-sı ilk tamaşa olacaq. Sonra isə "Dünyanın ortasında bir yer" adlı tamaşanın məşqlərinə başlayacağıq. Bu tamaşada da rol almışam. Bundan başqa TRT- Avazda da aparıcısı olduğum "Sərhəd tanımayan eşqler" adlı proqramımın da çəkilişləri davam edir. Dekabrın 9-undan başlayaraq hərr həftənin çərşənbə günü TRT-Avazda göstəriləcək. Yanvar ayında da yeni bir serilın çəkilişləri başlayacaq. Amma bu qədər işlərimin arasında ən önəmlisi - Türkiyə və Azərbaycan mədəniyyət nazirliklərinin ortaq çəkəcəkləri sevimli yazıçımız Elçinin "Mahmud və Məryəm" filmi üzərində çalışmalar davam edir. Prodüser Sevda Kayğısız bu filmin də dünya kino bazarına çıxması üçün Türkiyənin ən tanınmış texniki heyəti ilə danışıqlar aparır".

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA