?Ötən anlar? Sahib ibrahimovun ifasında yada düzdü

img

03-12-2009 [05:09]


Bu gün xanəndə-müğənni Sahib İbrahimovun ?Ötən anlar? adlı diskinin təqdimat mərasimi keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, ?Ötən anlar? albomuna Sahib İbrahimovun ifasında səslənən klassik, retro mahnılar və estrada janrında olan musiqilər daxil edilib. Bu albomda Ələkbər Tağıyevin, Tahir Əkbərin, Oqtay Rəcəbovun, Qulu Əsgərovun, Elza İbrahimovanın və digər retro mahnılar yerləşdirilib. Arajımanlar Sahil Əliyev, Rəşad Hüseynov və Asif Kərimova məxsusdur. Albomun üz qabığındakı şəkillərə gəldikdə isə Səftər Quliyev müəlliflik edib. Ən önəmli məqamlardan biri isə odur ki, Sahib İbrahimov bu albomunu satış üçün nəzərdə tutmayıb və pərəstişkarları albomda 7 klassik musiqini dinlək imkanı qazanacaqlar?. Sahib İbrahimovun albomunun buraxılmasında prodüser işlərini görən Asif Kərimov jurnalistlərə bildirib ki, prodüser fəaliyyətini nəzərə alsaq, bu, Sahib İbrahimovla 5-ci layihəmdir: ?Müxtəlif janrlarda ifa edən müğənillərlə işləyəndə daha maraqlı olur. Məsəl üçün, Mətanət İsgəndərliyə müasir estrada, Vasif Məhərrəmliyə klassik esrtada, Elnarə Abdullayevaya muğam janrında oxuyan müğənilər demək olar. Sahib İbrahimov isə klassik estrada janrında oxuyan müğənidir. Onun səs diapazonu çoxşaxəlidir?. Asif Kərimov onu da bildirdi ki, Sahib İbrahimov Asəf Zeynallı adına musiqi məktəbini bitirib. Müəllimi isə Canəli Əkbərov olub: ?Bu illər ərzində Sahibin efirlərdə çıxışları və layihələri olmayıb. 4 ilə yaxındır ki, Sahiblə iş birliyim var. Sahib Rəşid Behbudov adına mahnı teatrında və ?Mügam? teatrında da çalışıb. İndisə Bülbül adına musiqi məktəbində müəllimlik fəaliyyətini davam etdirir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA