Ramil Usubov baz redaktora qarzı iddiası üzrə növbəti proses keçirilib

img

26-11-2009 [02:01]


Bu gün Yasamal rayon məhkəməsində hakim Xaqani Tağıyevin sədrliyi ilə daxili işlər naziri Ramil Usubovun vəkil Əyyub Kərimova qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia ərizəsi üzrə məhkəmə baxışı keçirilib. R.Usubovun vəkili prosesdə çıxış edib. O bildirib ki, Əyyub Kərimov ?Azadlıq? və ?Femida? qəzetlərində yazdığı məqalələrində Daxili işlər naziri və nazirliyin əməkdaşlarını Cinayət Məcəlləsinin 180, 181, 217 və 218-ci maddələri ilə ittiham edib. Yəni, Kərimov nazirliyi və nazirlik əməkdaşlarını quldurluq, soyğunçuluq və banditizmdə günahlandıraraq, onlara böhtan atıb. Əyyub Kərimov isə bildirib ki, qarşı tərəf ortaya konkret sübutlar qoymadığından o, müdafiəsini qura bilmir. Proses dekabrın 7-də davam etdiriləcək. Qeyd edək ki, daxili işlər naziri Ramil Usubov Əyyub Kərimova qarşı Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) iddia qaldırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR