Gənc rəssamlar Səttar Bəhlulzadənin 100 yazını qeyd edəcək

img

26-11-2009 [12:58]


Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Azərbaycan Rəssamlar İttifaqının iştirakı ilə gənc rəssamlar arasında 15 sentyabr 2009-cu il tarixindən xalq rəssamı Səttar Bəhlulzadənin 100 illik yubileyinə həsr olunmuş ?Lirik mənzərə? mövzusunda elan etdiyi müsabiqə yekunlaşıb. Müsabiqənin keçirilməsində əsas məqsəd yaradıcı gənclərin Azərbaycanın xalq rəssamı Səttar Bəhlulzadənin 100 illik yubileyinin qeyd olunmasında geniş iştirakının təmin edilməsi, gənclər arasında Səttar Bəhlulzadə yaradıcılığının və bədii irsinin təbliğinin genişləndirilməsi və Azərbaycan təsviri sənətinə, mədəniyyətinə və incəsənətinə marağın artırılması, təsviri sənət sahəsində yeni istedadların aşkar edilməsi, gənc rəssamların yaradıcılıq fəaliyyətlərinin inkişaf etdirilməsi və onların yeni yaradıcılıq axtarışlarının stimullaşdırılmasından ibarət idi. Yaşı 16-29 olan gənclər arasında keçirilən bu müsabiqəyə 130-dan çox gənc qatılıb. Müsabiqənin şərtlərinə uyğun olaraq iştirakçılar tərəfindən təqdim edilən rəsm əsərləri təsviri sənətin rəngkarlıq və qrafika janrlarının müxtəlif texnikalarında işlənmişdir. Ümumilikdə gənc rəssamlar tərəfindən müsabiqəyə 200-dək rəsm əsəri təqdim edilib. Müsabiqə Səttar Bəhlulzadənin yaradıcılığına ithaf edilir və ?Lirik mənzərə? mövzusu üzrə aparılır. Məhz lirik mənzərələr, təbiət motivləri Səttar yaradıcılığının əsasını təşkil etdiyi üçün müsabiqə əsnasında bu janra üstünlük verilib. Müsabiqə qaliblərinin müəyyənləşdirilməsi tərkibi Gənclər və İdman Nazirliyi tərəfindən təsdiq olunmuş Münsiflər Heyəti tərəfindən həyata keçirilmişdir. Münsiflər Heyətinin tərkibinə Azərbaycan Rəssamlar İttifaqının katibi Ağaəli İbrahimov, Rəssamlar İttifaqının gənc rəssamlar və sənətşünaslar birliyinin sədri Əsmər Nərimanbəyova, sənətşünas Lalə Eldarova, rəssam Namiq Məmmədov, rəssam Elnur Mahmudov daxildir. Münsiflər heyəti tərəfindən hər iki nominasiya - rəngkarlıq və qrafika nominasiyasında I, II və III yer üzrə qaliblər seçilmişdir. Bundan əlavə 6 gənc rəssam həvəsləndirici diplomlarla təltif olunmuşdur. Rəngkarlıq nominasiyasında Haqverdiyev Butunay I yer, Həsənov Elnur II yer, Talıbov İlqar III yer Qrafika nominasiyasında isə Məmmədova İnarə I yer, İbrahimova Leyla II yer, Rzayeva Nərminə III yer üzrə qalib elan ediliblər. Müsabiqənin nəticələri və qaliblərin mükafatlandırılması noyabr ayının 26-da saat 16.00-da keçirilən yekun sərgidə elan ediləcək. Tədbir Muzey Mərkəzində olacaq. Müsabiqə qalibləri Gənclər və İdman Nazirliyi tərəfindən təsis edilmiş mükafatlar, hədiyyə və Fəxri Fərmanalr ilə təltif edildilər. 3 gün davam edəcək sərgi noyabr ayının 26, 29, 30 tarixlərində tamaşaçılar üçün açıq olacaq. Müsabiqədə iştirak edən rəsm əsərləri sərgiyə həsr olunmuş kataloqda nəşr edilmişdir. Bütün müsabiqə iştirakçıları Gənclər və İdman Nazirliyi tərəfindən şəhadətnamələr ilə təltif ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA