Fidan Hacıyevanın ingiltərə, Kipr və Antalyada çıxızları gözlənilir

img

24-11-2009 [02:14]


Əməkdar artist, Dövlət Opera və Balet Teatrının solisti Fidan Hacıyeva jurnalistləri başına toplayaraq, onlara yeni layihələri haqda danışdı. Müstəqil İnformasiya Agentliyinin əldə etdiyi məlumata görə, bu gündən etibarən Fidan xanımın eyni zamanda iki saytı fəaliyyətə başlayacaq. fidanhacıyeva.com və klassika.az İnternet ünvanlarında sənətçinin tərcümeyi-halı, mükafat və nailiyyətləri, yeni layihələri, solo-konsert və tamaşaları ilə bağlı məlumatlar yer alıb. Burada müğənnini həm sənətçi, həm də ana, gəlin, həyat yoldaşı kimi təqdim edən fotoqalereya da var. Saytlarda klassik musiqi ilə bağlı forumların təşkil olunması da nəzərdə tutulub. Videoqalereyada isə Fidan xanımın ifasında müxtəlif operalardan fraqmentlər yerləşdirilib. Vokalçı dekabrın 5-də Opera və Balet Teatrının səhnəsinə onu tamaşaçılara sevdirən Jorj Bizenin ?Karmen? operası ilə yenidən onların görüşünə gələcək. Daha sonra onun Pedro Maskaninin ?Kənd namusu?, Cuzeppe Verdinin ?Aida? və ?Trubadur?, Rossininin ?Siviliya bərbəri? operalarında da çıxışları planlaşdırılır. Sənətçi digər yaradıcılıq işləri barədə də məlumat verdi. Onun İngiltərədə, Kiprdə, Şəkidə və Antalyada, o cümlədən Aralıq dənizinin ən böyük səyahət gəmisində klassik konsert proqramları ilə çıxışları da nəzərdə tutulub. Fidan xanım klassik mövzuda telelayihə ilə də tamaşaçıların görüşünə gələcəyini bəyan etdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA