Deputat Nazim Məmmədov ?Yeni Müsavat?ı məhkəməyə verəcək

img

23-11-2009 [04:49]


?Yeni Müsavat? qəzeti ilə deputat Nazim Məmmədov arasında yaranmış narazılıq böyüyüb. Nazim Məmmədov ?Yeni Müsavat?ı onun Azərbaycanın iqtisadi və sosial həyatına dair səsləndirdiyi fikirləri kontekstdən çıxararaq təhrif etdiyini əsas gətirib və bür müddət öncə Mətbuat Şurasına şikayət edib. Millət vəkilinin fikrincə, qəzet həm jurnalistika etikasını pozub, həm də onun işgüzar imicimə xələl gətirib: ?Mətbuat Şurası rəsmi müraciətimə baxıb. ?Yeni Müsavat?a təkzib vermək tövsiyyə olunub. Ancaq qəzetin baş redaktor müavinin dərc elətdirdiyi növbəti yazısından belə başa düşdüm ki, onlar təkzib vermək fikrində deyillər. Bunu da belə əsaslandırıblar ki, Nazim Məmmədov Mətbuat Şurasının mənim müraciətimə baxdığı iclasında olmayıb. Qeyd edim ki, mənim notorial qaydada etibarnamə verdiyim şəxs məni orada təmsil edib. Halbuki, Mətbuat Şurası tərəfləri dəvət etmədən də bu məsələyə baxa bilərdi. Hesab edirəm ki, Mətbuat Şurası ədalətli qərar qəbul edib. Jurnalistlərin məhkəməyə verilməsinin tərafdarı olmayan bir şəxs kimi mən bu cür addım atmışam? Deputat Modern.az-a deyib ki, qəzetin rəhbərliyinin təkzib verməməsi və başqa fikirdə olmasından təəssüflənir. ?Təkzib verməsələr, məhkəməyə müraciət etmək məcburiyyətində qalacağam. Buna onlar rəvac verməməlidirlər?-deyə N.Məmmədov qeyd edib. ?Yeni Müsavat?ın baş redaktor müavini Azər Ayxan saytımıza bildirib ki, hər bir ölkə vətəndaşı kimi deputat Nazim Məmmədovun da məhkəməyə müraciət etmək hüququ var. ?Amma bizim də özümüzü müdafiə etmək üçün əlimizdə kifayət qədər imkan və resurslar var. Hesab edirəm ki, Nazim Məmmədov xırda bir məsələni lazım olmayacaq dərəcədə şişirdir və mətbuatda özünə qarşı bir çəpər yaradır?. A.Ayxan deyib ki, N.Məmmədov haqqında topladıqları məlumatları qəzetdə çap etsələr, deputat üçün xoş olmayacaq. ?Öz mövqeyimizin haqlı olduğunu sübut etmək üçün bu məsələdə sona qədər gedəcəyik. Təkzib vermək haqqında düşünmürük?. A.Ayxanın sözlərinə görə, ?Yeni Müsavat?ın rəhbərliyi deputata qeyri-rəsmi şəkildə üzrxahlıq edərək bu məsələdə sırf yalnışlıq olduğunu bildirib: ?Amma görünür Nazim müəllimə ?Yeni Müsavat? qəzeti ilə belə deyək, ?müharibə? lazımdır. Biz buna hazırıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR