Mənsum ibrahimov və Aygün Bayramova, gənc xanəndə Elməddin ibrahimli Londonda konsert verəcək

img

20-11-2009 [01:36]


Azərbaycanın xalq artistləri Mənsum İbrahimov və Aygün Bayramova, gənc xanəndə Elməddin İbrahimli Böyük Britaniyanın paytaxtı Londonda konsert proqramı ilə çıxış edəcəklər. Avropa-Azərbaycan Cəmiyyəti tərəfindən təşkil olunan konsert noyabrın 21-i və 22-i baş tutacaq. Konsertin ikinci günü azərbaycanlı ifaçıları London Simfonik Orkestri müşayiət edəcək. Noyabrın 21-də konserti musiqiçilər Elçin Həşimov və Elnur Əhmədli müşayiət edəcək. London Simfonik Orkestrinin müşayiəti ilə keçiriləcək konsertdə isə orkestrə Yalçın Adıgözəlov dirijorluq edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA