Zahir Əzəmət Qaynar.info-nun rəhbərliyindən istefa verdi

img

18-11-2009 [10:43]


Son 10 gündə texniki səbəblər üzündən Qaynar.info-nun fəaliyyətində ciddi problemlər yaranıb. Ofissiz və texniki avadanlıqsız qalan portal ya fəliyyətinə xitam vermək, ya da daha uyğun bir variantı seçmək zorunda qalıb. Ortada olan bir çox təklifləri dəyərləndirdikdən sonra, portalın rəhbərliyi istefa vermək qərarı verib. Saytın gələcək fəaliyyəti yeni komandanın rəhbərliyi altında davam edəcək.Saytın yeni baş redaktoru gənc jurnalist, Odlar Yurdu Universietinin jurnalistika fakültəsinin tələbəsi, ?Gənc Liderlər? Uşaq və Gənclər Təşkilatının sədri Fərid Şahbazlı olacaq. Saytın bundan sonrakı fəaliyyətində bütün məsələlər üzrə məsuliyyət məhz yeni rəhbərliyin üzərinə düşür. Saytın əvvəlki baş redaktoru və təsisşisi Zahir Əzəmət bütün hüquqlarını həftə ərzində təhvil verəcək və dəyişikliklə bağlı texniki məsələlər də bu müddət ərzində həll olunacaq. [b]İstefası ilə bağlı Zahir Əzəmət oxucularına müraciət edib.[/b] Gələn ilin aprelində Qaynar.info-nun 3 yaşı tamam olacaq. Bu müddət ərzində ağır şərtlər altında çalışmağımıza və məhdud imkanlarımıza baxmayaraq, hər gün görüşünüzə gəldik. Ölkənin intermet mediası içində az-çox yer qazanmağa nail olduq. Bildiyiniz kimi, son 10 gündə fəaliyyət şərtlərimiz daha da ağırlaşdı. Portal tamamilə ofissiz və avadanlıqsız qaldı. Hərçənd əvvəllər də Qaynar.info-nun nə ofisi, nə də hər hansı başqa texniki avadanlığı yox idi. Amma çalışdığım "Alma" qəzetinin ofisindən yararlanmaq imkanımız var idi. Xəbər verildiyi kimi, bu imkanlardan da mərhum olduq. Problem yaranan gündən onun aradan qaldırılması üçün böyük çabalar sərf etsək də, təssüf ki, buna nail ola bilmədik. Əlbəttə, bir çox dostlar bizə öz ofislərində sığınacaq təklif etdilər. Burdan bir daha onların hər birinə təşəkkür edirəm. Amma məsələ yalnız ofis məsələsi deyildi. Qaynar.info-nun digərlərindən fərqi onda idi ki, hər zaman istər problemlərini, istərsə də uğurlarını səmimi şəkildə oxucuları ilə paylaşırdı. Necə deyərlər, hər şey oxucuların gözü qarşısında baş verib. Bu gün də möhtərəm oxucuya Qaynar.info-nun son durumu və baş verən dəyişikliklərlə bağlı hesabat verməyi ozümə borc bilirəm. Qeyd etdiyim kimi, Qaynar.info-nun ofis və avadanlıq problemi vardı. Bundan əlavə, mənim- saytın yaradıcısı və baş redaktoru Zahir Əzəmətin də iş problemi yaranmışdı. Əvvəllər gündəlik sosial problemlərimi çalışdığım digər iş yerlərindən aldığım əməkhaqqlarıyla qarşılamağa nisbətən nail olur, boş vaxtımı isə Qaynar.info-nun ayaqda durmasına sərf edirdim. Bu gün isə təssüf ki, həm də iş yeri axtarmaq zorundayam. Yaranan situasiyada portalı bağlamağa qıymadım doğrusu. Hər necə olsa da, canımın, enerjimin bahasına onu bu yerə qədər gətirmiş, son qəpiyimi də onun uğrunda xərcləmişəm. Bu 10 gün müddətində yalnız 1 nəfər saytın bağlanacağı ehtimalı yaranarsa, onu davam etdirmək istəyində olduğunu bildirdi. Bu da Fərid Şahbazlı idi. Bir neçə gün düşünəndən sonra bu variantın üstündə durmaq qərarı verdim. Digər heç kimdən, həm də sayğılı oxuculardan, saytın yaşaya bilməsi üçün ciddi təkliflər almadıq. Əlbəttə, portalı bütün hüquqlarıyla birlikdə özüm də bəzi şəxslərə, daha konkret desəm, nüfuzlu media orqanlarından birinə təklif etmişdim. Amma təssüf ki, müsbət cavab almadım. Onu da mütləq qeyd etməliyəm ki, saytın yeni komandaya verilməsi heç bir ticari anlaşma üzərində deyil. Portalı bundan əvvəl təklif etdiklərimə də bunu əvəzsiz etdiyimi demişdim. Olmadı. Nəticədə Universitetin birinci kurs tələbəsi Fərid Şahbazlı daha qərarlı çıxdı. Uzun sözün qısası, Zahir Əzəmət olaraq, Qaynar.info-dan tamailə ayrılır, portalı gənc əllərə təhvil verirəm. Təskinliyim sadəcə portalın bundan sonra da yaşamasını görmək olacaq. Qaynar.info-nun qolları olan Klip.az və Biznes.Qaynar-in isə fəaliyyətinə tamamilə son qoydum. Fanat.az isə onsuz da 1 ildən artıqdır ki, yeni komandanın rəhbərliyi altında müstəqil fəaliyyət göstərir. Media fəaliyyətim isə Kultaz.com - Mədəniyyət portalı ilə məhdudlaşacaq. "Kultaz" daha çox yaradıcı adamların yazı və əsərlərinə dayanıqlı olduğundan və operativ xəbərçilik üzərində qurulmadığından, düşünürəm ki, harada işləməyimdən asılı olmayaraq, ona zaman tapa biləcəm. Özüm isə bir daha ictimai-siyasi mediada çalışmamaq qərarı vermişəm. Yeni iş yerimi mediadan uzaq bir sahədən seçmək fikrindəyəm. Sayğılı oxuculara böyük sevgilərlə...

Digər xəbərlər
SON XƏBƏRLƏR