Qoçaq Əsgərov hindistanlı musiqiçilərlə bir səhnəni paylazacaq

img

18-11-2009 [03:35]


Azərbaycanlı musiqiçilər İngiltərədə silsilə konsert proqramı ilə çıxış ediblər. Səfərdən yenicə dönən musiqiçilər təəssüratlarını yerli mətbuatla bölüşüblər. Konsertin əsas iştirakçısı olan, Özbəkistanda keçirilən ?Şərq təranələri? beynəlxalq müsabiqəsinin qalibi, xanəndə Qoçaq Əsgərov anspress-ə Nyukasl, Brighton, York, London və Kurnool şəhərlərində çıxış etdiklərini bildirib. Xatırladaq ki, konsertdə muğam qrupu və 4 nəfərdən ibarət aşıqlarımız çıxış ediblər. Qoçaq Əsgərovun dediyinə görə, əcnəbi dinləyicilər Azərbaycan musiqisinin möhtəşəmliyini təkrar dinləmək üçün muğam ifaçılarını alqışları ilə yenidən səhnəyə qaytarıblar. Konsertin yekununda isə onlara yaxınlaşan bir neçə konsert təşkilatçısı azərbaycanlı musiqiçilərin çıxışının yenidən təşkilində maraq göstərdiklərini bildirdilər. Əgər danışıqlar real həllini taparsa, sözügedən xanəndə və onun musiqiçi qrupu hind musiqiçiləri ilə birgə səhnəni bölüşəcəklər. Tezliklə Azərbaycan musiqisi ilə hind musiqisinin birgə improvizəsi təşkil ediləcək. Səfərin təşkilinə YUNESKO-nun eksperti, musiqişünas-alim Sənubər Bağırova yaxından dəstək göstərib. O, musiqiçilərin çıxışlarından öncə Azərbaycan musiqisi, tarixi və eyni zamanda konsertdə səslənəcək ?Bayatı-şiraz? muğam dəsgahı, xalq mahnıları, aşıq musiqiləri və ifaçılarımız haqqında tamaşaçıları ətraflı məlumatlandırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA