Mətbuat Şurasında latviyalı ekspertlərlə görüz keçirilib

img

17-11-2009 [07:29]


Bu gün Azərbaycan Mətbuat Şurasında Latviyanın Korrupsiyaya qarşı mübarizə Bürosunun (KNAB) qabaqlayıcı tədbirlər idarəsinin əməkdaşı Lize Lentane və qurumun ictimaiyyətlə əlaqələr və tədris şöbəsinin mütəxəssisi Aleksey Şnitnikovla görüş keçirilib. Mətbuat Şurasından Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, Mətbuat Şurasının sədri Əflatun Amaşov onlara Şuranın fəaliyyət istiqamətləri, düzənlədiyi tədbirlər barədə ətraflı məlumat verib. Mətbuat Şurası İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Fondun fəaliyyətdə olduğu qısa müddətdə həyata keçirdiyi tədbirlərdən söz açıb. Lize Lentane bildirib ki, səfər Avropa Birliyinə üzv dövlətlərin və Benefisiar ölkələrin idarəçilik qurumları arasında əməkdaşlıq vasitəsi olan ?Tvininq? layihəsi və Avropa Birliyi ilə Azərbaycan arasındakı ?Avropa qonşuluq siyasəti? planı çərçivəsində həyata keçirilir. O vurğulayıb ki, ?Azərbaycan Respublikası Baş Prokuroru Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə dəstək? adlı həmin layihənin gerçəkləşdirilməsi Latviyanın xüsusi istintaq idarəsinə etibar edilib. Bu məqsədlə ölkəmizin hüquqi mövzuda yazan jurnalistləri ilə görüş keçiriləcək, qarşılıqlı əməkdaşlığın digər aspektləri müəyyənləşdiriləcək. Qeyd edək ki, Avropa Birliyinin üzv ölkələrinin və Azərbaycanın dövlət qurumları arasında birgə layihələrin həyata keçirilməsini nəzərdə tutan ?Tvininq? proqramı Avropa Birliyinə üzv ölkələrinin dövlət qurumlarının iş təcrübəsinin öyrənilməsinə yönəldilib. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun, Korrupsiyaya qarşı mübarizə idarəsinin şöbə müdiri Vüqar Əliyevin və idarənin böyük prokuroru Elnur Musayevin iştirak etdiyi görüşdə qonaqların Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Mətbuat Şurasının fəaliyyəti ilə bağlı konkret sualları da cavablandırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR