Mətbuat Şurası və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti birgə tədbir keçirəcək

img

16-11-2009 [06:01]


Sabah Azərbaycan Mətbuat Şurası ilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ?Dövlət qurumları ilə media təmsilçiləri arasında əməkdaşlığın möhkəmləndirilməsi proqramı? çərçivəsində birgə görüş keçiricək. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Mətbuat Şurasından məlumat verilib. Şuranın ofisində baş tutacaq tədbirdə penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin təmsilçiləri, həmçinin KİV redaktorları, MŞ İdarə Heyətinin üzvləri və jurnalistlər iştirak edərcəklər. Görüşdə eyni zamanda mətbuatla bu qurum arasında əməkdaşlığın inkişaf yolları müzakirə olunacaq, jurnalistlərin mövzu ilə bağlı sualları cavablandırılacaq, qarşıya çıxan problemlərin birgə həll yolları müəyyənləşdiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR